ArxivXəbər lentiXəbərlər

Bakıda fars dili kursları məzunlarının mərasimi keçirilib

Bakıda fars dili, rəssamlıq, xəttatlıq və kompüter kursları məzunlarının mərasimi keçirilib.

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə və mədəniyyət attaşesi Əsğər Farsinin iştirak etdikləri bu mərasimdə ibtidai, orta və ali səviyyələrdə fars dili məzunlarından 88 nəfərə, eləcə də on bir rəssamlıq, altı kompüter və beş xəttatlıq məzununa müvafiq kursu bitirməsi barədə sertifikat verilib.

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bu mərasimdə məzunları təbrik edərək, onlara belə deyib: Siz İran ilə Azərbaycan Respublikası arasında dostluq körpüsünü gücləndirən şəxslər və koordinatorlarsınız.

Cahangirzadə İran və Azərbaycan Respublikasının yaxın əlaqələrinə işarə edərək, əlavə edib: Bəziləri İran-Azərbaycan Respublikası əlaqələrini pozmaq ardıncadırlar. Onlar bilmirlər ki, iki ölkənin xalqları minillik dostluq və qonşuluq keçmişinə malikdirlər.

İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi Əsğər Farsi də bu mərasimdə bildirib ki, tədris kurslarını keçirmək və yeni nəsli qonşu ölkələrin dili və incəsənəti ilə tanış etmək regionda davamlı sülh və təhlükəsizliyin təmini istiqamətində atılan mühüm addımdır.

Farsi İran ilə Azərbaycan Respublikası arasında iqtisadi və ticari əlaqələrin gücləndirilməsinə toxunaraq, deyib: Fars dili kurslarında iştirak edənlər iqtisadiyyat və ticarət sahələrdə təsirli fəaliyyət göstərə bilərlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button