AktualAktualArxivXəbər lentiXəbərlər

Qarabağ Forumunda iştirak edən iranlı heyət idman stadionunda “Qarabağ Ağdam” klubunu təşviq edib

Beynəlxalq Qarabağ Forumunda iştirak edən iranlı heyətin üzvləri Bakı şəhərində Tofiq Bəhramov idman stadionunda Avropa Liqasının pley-off mərhələsində baş tutan futbol oyununu izləyiblər.

Qafqaz Mədəniyyət Mərkəzi – Beynəlxalq Qarabağ Forumunda İran İslam Respublikasını təmsil edən heyətin üzvləri Bakı şəhərində Tofiq Bəhramov idman stadionunda baş tutan futbol oyununu da izləyiblər.

Yarış Avropa Liqasının pley-off mərhələsində Moldova “Şerif”i ilə Azərbaycan “Qarabağ Ağdam” klubu arasında keçirilib. Oyun 3-0 hesabı ilə Azərbaycan nümayəndəsinin qələbəsi ilə bitib.

İranı təmsil edən heyətin üzvləri oyun boyu stadionda iki xalqın qardaşlıq nişanəsi olaraq əllərində İran və Azərbaycan bayraqları tutublar və Qarabağ komandasını alqışlayıblar.

Qeyd edək ki, iranlı heyət Bakıda keçirilən Beynəlxalq Qarabağ Forumunda iştirak edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button