ArxivXəbər lentiXəbərlər

Ərdəbil əyalətinə gələn xarici turistlərin sayı 40 faiz artıb

Ərdəbil Əyaləti Mədəni İrs, Əl Sənayesi və Turizm İdarəsinin müdiri bu ilin ilk 4 ayında Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə 414215 nəfərin gediş-gəliş etdiyini deyib.

Qafqaz Mədəniyyət Mərkəzi – Bu gün Ərdəbildə xarici turizmin genişləndirilməsi yollarının araşdırılması məqsədilə keçirilən iclasda Nadir Fəllahi deyib: “Qeydə alınan statistikalara əsasən, bu ilin ilk 4 ayında 175005 xarici turist Biləsuvar gömrüyü vasitəsilə Ərdəbil əyalətinə daxil olub. Bu rəqəm ötən ilin oxşar müddəti ilə müqayisədə 40 faiz artmışdır.”

Nadir Fəllahi cari ilin ilk 4 ayında Biləsuvar gömrüyü vasitəsilə ümumilikdə 414215 nəfərin gediş-gəliş etməsini vurğulayaraq deyib: “Bu ilin ilk 4 ayında iranlı turistlərin əyalətə daxil olması 1 faiz, çıxışı isə 9 faiz artmışdır, xarici turistlərin əyalətdən çıxışı isə 42 faiz artmışdır.”

Mədəni İrs, Əl Sənayesi və Turizm İdarəsinin müdiri xarici turistlərin əyalətə daxil olmaqda əsas məqsədinin gəzinti, alqı və müalicə olduğunu bildirərək deyib: “Ərdəbil əyaləti Azərbaycan vətəndaşlarının ən mühüm məqsədlərindən sayılır. Təlaşımız budur ki, turistlərin qarşılanması üçün lazım olan infrastrukturlar, şərait və xidmət yaradaq.”

Fəllahi həmçinin qeyd edib ki, Biləsuvar gömrük-keçid məntəqəsilə gediş-gəliş edənlərin 83 faizi xarici vətəndaş, 17 faizi İran vətəndaşı olmuşdur. Onlardan 89 faizi piyada, 11 faizi isə nəqliyyat vasitəsi ilə gediş-gəliş etmişdir. Azərbaycan Respublikası məsulları ilə turizmin genişlənməsi istiqamətində lazım olan anlaşma və əməkdaşlığı həyata keçirməyə səy edirik.

Fəllahi daha sonra Azərbaycan Respublikası ilə müştərək proqramlar icra etmək üçün Ərdəbil əyalətinin potensiallarına işarə edərək deyib: “Ərdəbil əyalətinin turizm cazibəliyini və qabiliyyətlərini Azərbaycan Respublikasında tanıtmaq üçün Bakıda bu məqsədlə ofisin yaradılması və turlar təşkil edən şirkətlərlə əlaqələri genişləndirmək zəruridir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button