AktualAktualArxivXəbər lentiXəbərlər

İran-Gürcüstan ticarət əməkdaşlığı İran məhsulunun ixracına yol açır

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi: “İran-Gürcüstan ticarət əməkdaşlıqları İranın Qafqaza məhsul ixracına və bu regionda investisiya qoymasına şərait yaradır.”

Qafqaz Mədəniyyət Mərkəzi – Höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim cümə axşamı İranın Gürcüstandakı səfiri ilə görüşdə hər iki ölkənin qarşılıqlı əlaqələrin genişlənməsinə meyilli olmasına toxunaraq deyib: “İkitərəfli münasibətləri artırmaq həm İran, həm də Gürcüstan üçün mühümdür. Bu məsələ qarşılıqlı təmayül və etimad əsasında əldə edilmişdir.”

Vəliyyi-fəqihin nümayəndəsi İran məhsullarının Gürcüstana ixracının artmasına da işarə edərək deyib: “Xoşbəxtlikdən, İran və Gürcüstan tacirləri İran məhsulunun Qafqaza ixracı üçün şərait yaradıblar.”

Təbrizin imam cüməsi daha sonra vurğulayıb: “İran və Gürcüstan arasında mədəni ortaqlıqlar müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir.

Xarici siyasət üzrə məsələlərində dövlət məsullarının birlik nümayiş etdirməsi çox əhəmiyyətli bir məsələdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button