ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Fədakarlıq və şəhadət

Hər şey öz həyatını davam etdirmək üçün suya ehtiyaclıdır. Amma Allahın dini diri qalmaq üçün məzlum saleh insanların qanı ilə suvarılır.

Bu qan bəzən başdan, bəzən altı aylıq uşağın boğazından, bəzən ələmdarın qollarından axaraq Allahın dininin baqi qalmasını təzmin edir. Digər bir qan da Əlinin (ə) evinin qapısındakı mismardan axaraq, insanlığa qurtuluş verdi və qəlblərin ölməsinin qarşısını aldı.

 

Ayə

“Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.”

(“Nisa” surəsi, ayə 74)

 

Hədis

İmam Sadiq (ə) buyurub: “Anamız Fatimənin (ə) şəhid olmasının səbəbi budur ki, Ömərin qulamı Qonfuz Ömərin əmrinə əsasən qılıncın qundağı (qılaf) ilə ona zərbə vurdu. Bu zərbədən onun oğlu Möhsin dünyaya gəlməmiş anasının bətnindəcə öldü. Bu hadisədən sonra Zəhra (ə) ağır xəstələndi.”

(“Biharul-ənvar”, c. 43, səh. 171)

 

Ənənə

İmam Sadiqin (ə) yanına getdim. Çox qəmgin və narahat idim. Həzrət buyurdu: – Ey Səkuni! Nə üçün narahatsan? Dedim: – Allah mənə qız övladı verib (mənə oğlan deyil, qız övladı verdiyi üçün narahatam).

İmam buyurdu: “Ey Səkuni! (Narahat olma) Onun yükünü yer daşıyır, ruzisi Allahın öhdəsinədir.”

– Onun adını nə qoymusan?

– Fatimə.

– Ah, ah.

İmam (ə) əlini alnına qoyub ağladı. Sonra buyurdu:

–  Əgər qızının adını Fatimə qoymusansa, ona nalayiq söz demə, onu nifrin etmə və döymə, ondan mərhəmətini əsirgəmə. Çünki bu ad Allahın yanında əzəmətli və hörmətlidir.

İmam Sadiq (ə) hər vaxt anası Fatimənin (ə) adını eşitsəydi, onun müsibətlərini xatırlayırdı və həmişə bu məsələni yada salıb buyururdu: “Anamız Fatimənin (ə) şəhadətinin səbəbi Ömərin qulamının ona vurduğu zərbə oldu.”

(“Tuba ağacı”, Məhəmməd Məhdi Hairi, səh. 417)

 

Hekayə

Neçə gün idi ki, Kürdüstana gəlmişdi. Canfəşanlıqla məntəqənin zəif və yoxsul əhalisinə kömək edirdi.

Hətta gecə istirahət vaxtını da fərmandaridə və Mehabad əhalisi üçün kupon paylamağa sərf edirdi.

82-ci ilin baharının ilk günlərində Sepahda çalışan mücahid cavanların biri ilə izdivac etdi. Elə həmin ilin yayında bir mərasimdən evinə qayıdan zaman yoldaşları ilə birlikdə əks-inqilabçıların pusqusuna düşdü. Orada bir nəfər şəhid olmuşdu, o da xanım Nəsrin Əfzəl idi. Düşmən gülləsinə tuş gələn şəhid Nəsrin öz keçmiş arzusuna çatmışdı.

(“Şəhid xanım Nəsrin Əfzəlin həyatı” kitabından götürülmüşdür)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button