ArxivXəbər lentiXəbərlər

İran və Rusiya Türkiyəyə dayaq oldu

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar verdiyi açıqlamada İran dövlətinin hər zaman Türkiyənin yanında olacağını və müdafiə edəcəyini bildirib: 

“Bu gün mənim qonşu ölkə Türkiyəyə mesajım var; İranı öz yanınızda hesab edin və tək olduğunuzu düşünməyin. Biz həmişə yanınızda olacağıq və sizə kömək etmək üçün əlimizdən gələni edəcəyik. Türkiyəyə hər növ yardımı göstərəcəyik. Millətlərin iradəsi güc və təhdid yolu ilə dəyişdirilə bilməz”

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Türkiyədə milli valyuta olan lirənin dollara yenik düşməsi ölkədə iqtisadi böhranı gücləndirməkdıdir. Avqustun 12-nə olan məzənnəyə görə Türkiyədə 1 ABŞ dolları 7,17 lirəyə qədər bahalaşıb. 

Türkiyədə dolların bahalaşmasının səbəbi isə amerikalı casus rahib Bransonun həbsi olub. ABŞ prezidenti Donald Tramp yaxalanan amerikalı casus rahib Bransonun həbsi Ağ Evi çox qıcıqlandırıb.

İzmirdə yerləşən protestant Diriliş kilsəsinin keşişi rahib Endryü Kreiq Bronson 2016-cı il dekabrın 9-da həbs olunub.

Bəzi mənbələr onun Türkiyədə ABŞ-la FETÖ-nu əlaqəlqəndirən casus olduğunu iddia edir. Rəsmi ittihama əsasən, Bronson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Bronsonu 35 ilə qədər həbs cəzası gözləyir. Onun eyni zamanda Türkiyə hökumətinin daxili işlərinə müdaxilə etdiyi deyilir. Casus rahib isə ona qarşı qaldırılan ittihamları rədd edir.

ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb.

ABŞ-ın irəli sürdüyü şərtləri Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür. Birinci şərt isə keşiş Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər ABŞ cəsusunun azad edilməsidir.

Tramp hökuməti 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.

Bu arada İran İslam Respubllikası ilə yanaşı Rusiya hökuməti də Türkiyəyə ona qədər yanında ollacağı mesajını verib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığında Türkiyəni dəstəkləyəcəyini bildirib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button