ArxivIslamXəbər lentiXəbərlər

Kərbəlaya Ərəfə günü mərasimlərinə qatılacaq ilk qrup yola düşüb-FOTO

11 və 12 avqust tarixlərində  Ərəfə günü İmam Hüseyni (ə) ziyarət etmək məqsədilə Azərbaycandan İraqa zəvvar kərvanı yola düşür. FaktXeber.com-un məlumatına görə, ilk olaraq zəvvarlar müqəddəs Məşhəd şəhərində imam Rzanın (ə) məqbərəsini ziyarət edəcəklər. Üç gün Məşhəd ziyarətindən sonra həmvətənlərimiz İraqın Nəcəf, Kufə, Bağdad, Samirə və Kərbəla şəhərlərində olacaqlar. 

İmam Hüseynin (ə) ziyarəti ilə yanaşı zəvvarlarımız Həzrət Əlinin (ə), İmam Kazimin (ə), İmam Cavadın (ə), İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) hərəmlərində olacaqlar. Habelə, Kufənin Böyük məscidi, Səhlə məscidi, Vadius-salam qəbirstanlığı və Samirədəki müqəddəs Sərdabənin ziyarətləri də təşkil olunacaq.

Karvana ilahiyyatçı-alim hacı Şahin Həsənli də qatılaraq müqəddəs şəhərlərdə xütbə ilə çıxış edəcək. Habelə, dua və ziyarətnamələri məşhur Quran qarisi hacı Ruslan Qasımov oxuyacaq. Zəvvarlarımız Qurban bayramını Kərbəla şəhərində qarşılayacaqlar. Səfər avqustun 25-i başa çatacaq. 

Qeyd edək ki, hədis və rəvayərlərdə Ərəfə günü İmam Hüseynin (ə) Kərbəladakı hərəmini ziyarət etmək bərədə tövsiyyələr mövcuddur və qeyd olunur ki, bu ziyarətin böyük  savabı var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button