AktualAktualArxivXəbər lentiXəbərlər

Yol və şəhərsalma naziri: İran-Azərbaycan marşurutu ilə hər il 180 min yük maşını gediş-gəliş edir

Yol və şəhərsalma naziri Parsabada bir günlük səfərdə olub.

Qafqaz Mədəniyyət Mərkəzi – Yol və Şəhərsalma Nazirliyindən verilən məlumata görə Abbas Axundi bir heyətlə Ərdəbil əyalətinin Parsabad şəhərinə səfər edib.

Naziri hava limanında Parsabadın imam cüməsi, Ərdəbil valisi, Parsabad fərmandarı, inzibati ərazi nümayəndələrinin rəhbərləri, İslami Şura Məclisinin nümayəndələri və digər dövlət məsulları qarşılayıb.

İlk olaraq jurnalistlərə açıqlama verən A. Axundi İran-Azərbaycan Respublikası arasında çox yaxşı münasibətlərin olduğunu vurğulayaraq deyib: “İran-Azərbaycan marşurutu ilə hər il 180 min yük maşını hərəkət edir.”

Yol və şəhərsalma naziri əlavə edib: “Xoşbəxtlikdən, Astara-Astara körpüsü tikildi və İran Astarasi ilə Azərbaycan Astarası dəmir yolları birləşdirildi. Hal-hazırda iki ölkə münasibətləri çox yaxşı vəziyyətdədir.”

Axundi Parsabad yollarında gediş-gəlişin vəziyyətinə də işarə edərək bu səfərdə Parsabadın yolları ilə tanış olacağının iş proqramında olmasını deyib.

Nazir Muğan Parsabad Hava Limanı və onun təchizatına da baxış keçirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button