ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Səbr və müqavimət

Əxlaq alimləri səbr məqamının riza məqamından sonra və şükür məqamından əvvəl olduğunu deyirlər. İnsan Xaliqin iradəsinə razı olmalı, çətinliklər qarşısında dözüm göstərməli, Onun verdiyi, yaxud aldığı nemətlər qarşısında həmişə şükür etməlidir. Belə etdikdə, Allahın xas inayəti səbirli bəndəyə tərəf yönəlir.

Həzrət Zeynəb (ə) anası kimi həmişə bəla və müsibətlərin ən ağır vaxtlarında belə səbr göstərdi.

 

Ayə

“Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət nemətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq.”

(“Nəhl” surəsi, ayə 96)

 

Hədis

Həzrət Fatimə (ə) dedi: “Ey Əbul-Həsən! Allahın rəsulu (s) mənimlə əhd bağladı və mənə buyurdu: Əhli-beytimdən mənə qovuşan ilk şəxs sən olacaqsan və bunun çarə yolu yoxdur. Onda sən səbirli və Allahın qəza-qədərinə razı ol.”

(“Biharul-ənvar”, c. 43, səh. 200)

 

Ənənə

Anamın əlindən tutub evə gətirdim. Onun vəziyyətindən əziz bir kimsəni itirməyin necə ağrılı olduğunu dərk edirdim. Ata-anamın mənə sevgisi qohumlar arasında dillər əzbəri idi. Atam əks-inqilabçılar tərəfindən terror olmuşdu. O günlər anam və bizim üçün çox çətin idi.

Radionu açdım. Həzrət Zəhranın (ə) şəhadət günləri idi. Hər yer matəmə qərq olmuşdu. Radioda bir xətib seyidlərin anasının (ə) səbr və dözümündən danışaraq deyirdi:

“Əli (ə) Peyğəmbərin (s) canı və Fatimənin (ə) həyat yoldaşı idi. Fatimə (ə) üçün hər şeyə dözmək asan idi, amma Əliyə (ə) zülm olunması, onun haqqının qəsb edilməsi Fatimə (ə) üçün çox ağır idi. Xüsusilə də onun Allah tərəfindən verilmiş imamət və vilayət məqamı əlindən alındığını gördükdə mübarək qəlbi daha çox sıxılırdı. Amma Fatimə (ə) Allaha xatir bütün bunlara səbr edirdi.”

(“Behişti-ərğəvan” saytından götürülmüşdür)

 

Ədəbi hekayə

Hər yerdə səbrdən söz düşsə, qəlb öz qafiyəsini Zeynəblə (ə) bağlayır. Səbri anasından irs aparmış Zeynəb (ə)!

Qəlb yanır və şölə çəkir. Adətimə uyğun olaraq yazmalıyam ki, qəhəri boğaz zindanından xilas edim. Yazıram ki, qəlbim sakit olsun.

Bu gecə qardaşından bir il fəraq və ayrılıqdan sonra dodaqlarına təbəssüm qonub, hüzn yükünü yerə qoyub qamətini düzəldirsən. Bu gecə toz-torpağa bulaşmış qürbət çadırı, Əlinin (ə) başının yarılmasının səsi, Müctəbanın (ə) ciyərlərinin yanğısı və nizə başındakı Quran tilavəti ilə vidalaşır, Dostun görüşünə nail olursan. Mələklər ağlar gözləri ilə qanadlarını sənin üçün döşəyib. Qardaşını görmək şövqü nigaran qəlbinə od vurmuşdu. Bu od indicə vüsal camı ilə sönəcək və sən Hüseynin (ə) könül oxşayan baxış şərabı ilə məst olacaqsan. Sən artıq səmaya qalxmısan. Hüseynin (ə) şəhadətindən sonra yer sənin məkanın ola bilməz…

(“Camiə məktubu” jurnalı, say 10-11; tir və mordad 84)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button