ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Allahın düşmənləri ilə mübarizə

Allahın düşmənləri ilə mübarizə

Bir ölkənin etiqadi və ərazi sərhədləri təhlükəyə düşdükdə, kişi, ya qadın, cavan, ya qoca, xəstə, ya sağlam olmasından asılı olmayaraq hamı öz canını əlinə almalı, öz din və torpağını qorumalıdır. Cihad kişilər üçün vacibdir. Amma bu məsələ tarix boyu müsəlman qadınların məsuliyyət hiss etmələrinin qarşısını almamışdır. Qadınlar da həmişə özlərinin böyük örnəyindən, yəni həzrət Zəhradan (ə) dərs alaraq, onun kimi bütün varından Allah yolunda keçmişlər.

 

Ayə

“Sizə nə olub ki, Allah yolunda aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”

(“Nisa” surəsi, ayə 75)

 

Hədis

Həzrət Fatimə (ə) buyurub: “Allah cihadı İslamın izzətli olması üçün qərar verib.”

(“Biharul-ənvar”, c. 29, səh. 233)

 

Ənənə

– Gördün, Əlinin (ə) qollarını necə bağladılar və Allahın dinində bidət yaratdılar?

– Allahın dinini dəyişmək mümkün deyil. Məncə, Allah Öz dinini hər zaman gizlin və aşkar şəkildə qoruyur.

– Görmürsənmi ki, Əli (ə) də onlarla bacarmadı. Sən Əlidən (ə) daha güclüsünü tanıyırsanmı?

– Bəli, tanıyıram. O bir kəsdir ki, Əlinin (ə) qolları bağlı olsa da, yenə xilafəti qəsb edənləri rahat buraxmayacaq.

– O kimdir, Meysəm?

– Zəhranı (ə) deyirəm. Görmədinmi, məsciddə Allahı şahid tutaraq elan etdi ki, Səqifə başçılarının zülmkar siyasətlərindən narazı və qəzəblidir, din və cəmiyyətin gələcəyindən narahatdır? Onların özlərinə də dedi ki, əgər haqqa qayıtmasalar, onlardan Allaha və Onun Peyğəmbərinə (s) şikayət edəcək. Bu iş Zəhradan (ə) başqa heç kəsin əlindən gəlmir.

(“Əl-Ğədir”, c. 7, səh. 229; “İmamət və siyasət”, c. 1, səh. 14; “Şərhu Nəhcül-bəlağə”, c. 16, səh. 281)

 

Hekayə

– Fikrimcə, şəhid xanım Mehrnuş İzədinin vəsiyyətnaməsi jurnalın bu sayı üçün daha uyğundur.

– Çox təkid edirsənsə, onda bir dəfə də oxu, diqqətlə qulaq asım.

“Ey uca Tanrı! Mən təkcə Sənin dinini qorumaq üçün cəbhəyə gedirəm, məqam qazanmaq üçün yox. İlahi, canımdan əziz bir şeyim yoxdur ki, onu Sənə fəda edəm. Canımı fəda etməklə Allaha tərəf gedirəm. Mən gedirəm ki, İslam getməsin. Gedirəm ki, İmamın yolu qalsın. Gedirəm ki, şəhidlər sərvəri ağam İmam Hüseynin (ə) nidasını təkrar edim ki, buyurdu: Zillət bizdən uzaqdır.”

– Yaxşı, bunu çap edərik.

(Şəhid xanım Mehrnuş İzədinin vəsiyyətnaməsindən bir hissə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button