AudioXəbər lentiXəbərlər

Kremlin baş ideoloqundan Paşinyan höküməti və Qarabağla bağlı sensasion açıqlamalar

Aleksandr Duqin: “Ya Paşinyan özünə gələcək öz ölkəsinin və xalqının strateji maraqları ilə hesablaşacaq, ya da erməni xalqı başa düşəcək ki, yenə səhvə yol verib və hakimiyyətə başqasını gətirəcək. Əgər belə davam etsə Ermənistan dövlətinin qarantı kimi Rusiya cavab verməyəcək. Rusiya nəinki possovet ölkələrinin ərazilərinin bütövlüyünə, ümumimyyətlə ətraf periferiyanın qarantiyasıdır. Rusiyanın bu qarantiya barədə saniyələr də olsa unutması kifayətdir ki, hər şey, Qarabağ da daxil olmaqla bütün sistem tamamilə başqa bir fazaya keçsin”

“Ermənistanda “Paşinyan inqilabı” ilə nə baş verdi və hazırda nə baş verir məsələsinə geopolitik konteksdən baxmaq lazımdır. Məsələ burasındadır ki, Sərkisyan hökuməti dövründə Rusiya və Azərbaycanla müəyyən qədər dil tapılmış, 5 rayonun verilməsi razılaşdırılmışdır. Bu da iki ölkə arasındakı eskalasiyanı götürərək təzyiqi azaldırdı. Bu öz növbəsində Cənubi Qafqazda ümumi harmoniyanı nizamlayacaqdı”

İslaminSesi xəbər verir ki, bu sözləri öz müsahibəsibdə filosof, Beynəlxalq Avraziya Hərəkatının lideri Aleksandr Duqin söyləyib.

Kremlin baş ideoloqu qeyd edib ki, Paşinyan qətiyyən Rusiya və Azərbaycan arasında əldə olunmuş vədlərə əməl etmək niyyətində deyil. Bundan əlavə o artıq Qərb və NATO yönümlü əhval-ruhiyyə sərgiləməyə başlayıb ki, bu da Ermənistanın Rusiya ilə Avrasiya ittifaqı çərçivəsində əməkdaşlığını təhlükə atması deməkdir:

“Rusiya Ermənistanla münasibətlərini Köçəryanın getməsi, Sarkisyanın gəlməsi üzərindən qurmur. Rusiya Ermənistan dövləti ilə münasibətlər yaradır ki, bu da həm erməni xalqının, həm Azərbaycan və digər mütəffiqlərimiz maraqları ilə uzlaşır. Paşinyan isə bu modeli dağıdaraq, çağırış edir”.

Daha sonra Duqin bildirib ki, Rusiyanın xarici işlər nazirliyi rəsmi olaraq İrəvanı bu barədə xəbərdarlıq edib və bildirib ki, geopolitik müqaviləni pozmaq olmaz. Duqin qeyd edib ki, Lavrov çox yumşaq adamdır və Kremilin Yeravana qarşı münasibətlərini xeyli yumşaldır. O Vladimir Putinin bu münasibətlərin belə davam etməsinə çox davam gətirməyəcəyini vurğulayıb.

Ermənistanın hökumətinin bu vəziyyətdən necə çıxacağı sualına Duqin belə cavab verib: “Ya Paşinyan özünə gələcək öz ölkəsinin və xalqının strateji maraqları ilə hesablaşacaq, ya da erməni xalqı başa düşəcək ki, yenə səhvə yol verib və hakimiyyətə başqasını gətirəcək. Əgər belə davam etsə, Ermənistan dövlətinin qarantı kimi Rusiya cavab verməyəcək. Rusiya nəinki possovet ölkələrinin ərazilərinin bütövlüyünə, ümumimyyətlə ətraf periferiyanın qarantiyasıdır. Rusiyanın bu qarantiya barədə saniyələr də olsa unutması kifayətdir ki, hər şey, Qarabağ da daxil olmaqla bütün sistem tamamilə başqa bir fazaya keçsin.

Rusiya qüvvətlidir, ayı kimidir. Ermənilər yaxşısı budur onu qıcıqlandırmasınlar. Yaxşı ayı qab dükanına giribsə, onun quyruğunu yandırmaq nəyə lazımdır? Axı ondan sonra nə qab alacaq, nə dükan sahibi, nə də dükan..”

ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button