AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan və Gürcüstanın incəsənət ustaları Ərdəbildə “Dədə Qurbani” konfransında iştirak ediblər-Foto

Ərdəbildə Dədə Qurbaninin anılması və Səfəvi tarixində aşıqların rolu 1-ci Beynəlxalq Konfrans keçirildi.

Qafqaz Mədəniyyət Mərkəzi – Dədə Qurbaninin anılması və Səfəvi tarixində aşıqların rolu mövzusunda Ərdəbildə beynəlxalq konfrans keçirildi. Fədək mədəniyyət-incəsənət sarayında keçirilən konfransda İran və qonşu ölkələrdən gəlmiş qonaqlar iştirak etdi.

Konfransın açılışında Ərdəbil əyalətinin islami irşad və mədəniyyət idarəsinin müdiri İranın bütövləşdirilməsində Səfəvi sülaləsinin rolundan danışaraq dedi: “Şeyx Səfi Ərdəbili tanınmış ariflərdən olub. O, cəmiyyətdən ayrılaraq guşəneşin olmamış, özü ilə xalq arasında fasilə yaratmamaqla yüksək irfani məqamlara yetişmişdir.”

Təlatümlü zamanda Ərdəbilin layiqli rolu

İslami irşad və mədəniyyət idarəsinin müdiri dedi: “İranın kimlik və bütövlüyü Şah İsmayıl Səfəviyə borcludur. Ərdəbil İranın qəlbi olaraq təlatülmlü bir dövrdə və monqolların davamlı hücumları dalğasında bütün güclərin qarşısında dayandı, ölkənin vəhdətində əvəzsiz rol oynadı.”

İshaqi əlavə etdi: “Şah İsmayıl Səfəvinin böyük inqilabı dini kimliyə və İranın bütövlüyü şüarına əsaslanır. O, çox dəyərli bir töhfə qoymuşdur və dəyərli əməli ilə öz cavidan hərəkətini tarixdə qeyd etmişdir ki, bu, İran aşiqlərinin və bu qədim yurdun tarixində əbədi olaraq qalacaq.”

Aşıq Dədə Qurbaninin əxlaqi keyfiyyətləri barədə danışan İshaqi dedi: “Şah İsmayıl Səfəvi hökumətində fəqihlərə və mədəniyyət-incəsənət ustalarına böyük dəyər verilirdi. Mədəniyyət və incəsənətin bu əvəzedilməz şəxsiyyəti (Dədə Qurbani) öz hünər əhval-ruhiyyəsi ilə Şah İsmayıl Səfəvi hökumətinin nizamnaməsini şerə çevirmiş, ürəkoxşayan tar nəğməsi ilə tarixdə əbədiləşdirmişdir.”

İslami irşad və mədəniyyət idarəsinin müdiri aşıq Dədə Qurbaninin simasının və onun qəhrəmanlığının tarixdə dirçəldilməsinin lüzumuna toxunaraq vurğuladı: “Müasir dövrümüzdə münasib incəsənət fəaliyyətlərini hərəkətə gətirməyə ehtiyac vardır. Möhtəşəm toplantılar yaradan mədəniyyət və incəsənət adamları ən yüksək səviyyədə dəyərləndirilməyə və minnətdarlıq olunmağa layiqdirlər.”

“Dədə Qurban” konfransında İran və dünyanın bütün ölkələrdən heyətlər iştirak etdi

Konfransın davamında Türkiyə, Azərbaycan, Gürcüstan ölkələrindən müxtəlif musiqi qrupları iranlı musiqiçilərlə birlikdə könül oxşayan musiqi icra etdilər, konfrans iştirakçılarını vəcdə gətirdilər.

Ərdəbil valisinin iqtisadi işlər üzrə müavini konfransda çıxış edərək dedi: “Bütün mədəniyyət və incəsənət toplantılarının keçirilməsinə yaxşı baxırıq. Şövq yaradan, regionun dəyərli tarixini yada salan bu kimi proqramlar əyalətimizin əsas mədəni ehtiyaclarındandır.”

Hüseynzadə vurğuladı ki, özəl sektorlar bu kimi şövqlü və iftixarlı proqramları təkmilləşdirmək və onun icrasına kömək etmək üçün irəli çıxmalı, Ərdəbilin dəyərli tarix və mədəniyyətini daha artıq tanıtmaq üçün rol ifa etməlidir.

Ərdəbil valisinin iqtisadi işlər üzrə müavini çıxışının digər hissəsində bu kimi proqramların həyata keçirilməsinə səy edən xalq təşkilatlarına və özəl sektorlara dəstək verəcəklərini bildirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button