ArxivXəbər lentiXəbərlər

Satıcı xanıma söz atdı, dava düşdü: ölən var – Foto

Abşeronda su filtiri satan firma işçiləri ilə yerli sakinlər arasında kütləvi dava olub.

Report-un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hökməli kəndi At yalı adlanan yaşayış massivində qeydə alınıb.

Gün boyu rayon ərazisində su filtiri satan gənclər At yalı yaşayış massivində tanımadıqları gənclərlə mübahisə ediblər. Buna səbəb isə həmin gənclərin firma işçilərinin yanlarında olan 3 xanıma söz atması olub.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Hadisə zamanı firma işçisi Bakı şəhər sakini Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Sonuncu çox saylı qan itgisindən dünyasını dəyişib. Qətli törədən şəxs isə saxlanılıb.

Hadisə iştirakçıları olan digər şəxslər Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button