ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

İzdivacın meyarlarına diqqət

İzdivacın meyarlarına diqqət

İzdivac təkcə dünyəvi və maddi bir iş deyil. Ailə qurmaq imanın kamilləşməsi və axirət səadəti əldə etmək üçün İslamın göstərişidir. Ona görə də cavanların izdivac üçün meyarları zahiri görünüş, sərvət və bunlar kimi məsələlərdən daha geniş olmalıdır.

Əlinin (ə) dünya malından elə çox bir şeyi olmadığı halda İslam Peyğəmbəri (s) öz qızını ona verdi. Halbuki, digər elçilər daha çox sərvət sahibləri və Məkkənin, Mədinənin böyüklərindən idilər. Peyğəmbərin (s) meyarı dünya malı deyildi və onları Zəhranın (ə) şənində görmürdü.

 

Ayə

“Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır.”

(“Bəqərə” surəsi, ayə 221)

 

Hədis

Peyğəmbər (s) buyurub: “Bir nəfər elçilik üçün gəldikdə onun əxlaqını və dindarlığını bəyənsəniz, ona qız verin. Belə etməsəniz, yer üzündə böyük fitnə-fəsadlar törəyəcək.”

(“Kafi”, c. 5, səh. 347)

 

Ənənə

– Niyə belə fikrə getmisən, Əbdürrəhman?

– Düşünürəm ki, bizim bu qədər sərvətimiz olduğu halda görəsən nə üçün Peyğəmbər (s) bizi qaytardı, amma Əlinin (ə) dünya malından heç nəyi olmadığı halda onu seçdi?

– Belə görünür ki, sən Peyğəmbərini (s) yaxşı tanımamısan. Elə olarmı ki, özü öz sözünə əməl etməsin?

– Nə demək istəyirsən? Hansı sözü?

– Eşitmişəm ki, Peyğəmbər (s) buyurub: “İmanlı və gözəl əxlaqı olan elçini yoxsulluğuna görə qaytarmayın. Əks halda sizin üçün çoxlu müşküllər yaranacaq.”

(“Vafi”, nikah kitabı, səh. 18)

 

Hekayə

Bibi oğlu, dayı qızı idik. 77-ci ilin qışında mənim elçiliyimə gəldi. Amma o vaxtlar başımda yalnız inqilab havası var idi, ona görə də elçilik məsələsi məni çox narahat etdi.

Elçilik məsələsindən bir il, neçə ay keçirdi. Bu müddət ərzində ayə və rəvayətlərlə məni qane etməyə çalışırdı. Bir dəfə dedi: – Məsumə, özün bilirsən ki, mənim səni seçməyimdə meyarım sənin zahiri görünüşün deyil. Amma razı deyilsənsə, de. Mən də öz təkidimlə səni narahat etməyim.

Bu məsələ barədə düşünməyə başladım. Bir rəvayətdə oxumudum ki, “əgər sizə elçi gəlsə, onun iman və əxlaqını bəyənsəniz, onu geri qaytarmayın. Yoxsa fəsad yaranar.” Ona görə də onun elçiliyinə rədd cavabı vermək üçün heç bir qaneedici sözüm yox idi.

(“Yarı gizli ay”, şəhid İsmayıl Dəqayiqidən bir xatirə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button