ArxivXəbər lentiXəbərlər

Hərbiçilərin meyitini də təhqir ediblər-AZƏRBAYCANDA-VİDEO

Aprel döyüşləri zamanı vətən xaini ittihamı ilə xəlvətcə şərlənərək minbir işgəncə ilə öldürülən hərbiçilərə bəraət verilib. Maraqlıdır ki, hətta 1937-ci ildə Stalin repressiyaları zamanı vətənə xəyanətdə suçlananları edilənləri açıq tirbunalda ittiham edirdilər.

O zaman nə baş verdi ki, vətənə xəyanətdə ittiham edilənləri xəlvətcə ittiham edib, xəlvətcə, minbir əziyyətlə, ağlasığmaz işgəncəylə öldürdülər? Sonra bəraət verildi.

Əgər bu adamların günahsız olduğu artıq rəsmi şəkildə bəyan olundusa, bəs günahkarlar niyə cəzalandırılmadı və ya zərəçəkmişlərdən adiyyatlı orqanlar niyə görə üzr istəmədi?

Vetenugrunda.az bu olayla bağlı açıqlama verən hüquqşünas Namizəd Səfərov isə deyir ki, bu insanların bəzilərinin hətta meyitini də təhqir ediblər: “Mən hərbiçilərə qarşı istintaq və məhkəməsiz tətbiq edilən zorakılıqlara qarşı ən birincilərdən olaraq ardıcıl etirazlarımı bildirmişəm. İstintaq orqanları tərəfindən yüksƏk rütbəli hərbiçilərimizin vətənə xəyanət, cəsusluq kimi ağır ittihamlarla ləkə yaxıb onlara qarşı orta əsirlərdə tətbiq olunan zorakılıqlar tətbiq olunub. Nəticədə bu hərbiçi zabitlərdən bir neçəsi işgəncələrə dözməyərək həlak olublar.

Onların meyitlərinə qarşı da, əxlaqsız və insana yaraşmayan təhqirlərə yol verilib.

Bu hərbiçilərə Vətən xaini damğası vurmaqla, ailə üzvülərinin onları müdafiə etmələrinin qarşısını alıblar.

Ailələri, övladları və yaxın qohum-əqrabalarının susmalarına nail olunub. Onların insan kimi dəfn olunmalarına da, imkan verilməyib. Bu amansızlıqları törədənlər bu günə kimi aşkar edilərək, ifşa edilmir.

Elə bil Azərbaycanın beyninə hansı isə xarici virus daxil edilib.Bu şəxslərin bizim xalqın övladları olduğuna mənim əsaslı şübhələrim var. Mənə elə gəlir ki,hansı isə bizim xalqa düşmən olan qüvvələr Azərbaycan dövlətini, ordunu içəridən dağıtmağı qarşılarına məqsəd qoyublar.”

Qeyd edək ki, 2017-ci ildə Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.”

Adıçəkilən qurumların yayımladığı bu bəyanatdan sonra telekanallar və azad olmayan mətbuat deputatlardan, şairlərdən, yazıçılardan və aşıqlardan, eyni zamanda siyasilərdən açıqlamalar almağa başladı. Məsələyə münasibət bildirənlər isə təbii ki, pafosla vətənpərvərlik və vətən uğrunda Şəhadət zirvəsinin üstünlüyündən danışsa da, heç biri “ittiham edilən hərbiçilərin və digərlərinin vətənə xəyanət etdiyi hansı məhkəmədə sübut olundu? Bu məhkəmə niyə açıq keçirilmədi ki, xalq da 1937-ci ildə olduğu kimi məhkəmələrdə iştirak edib, kimin haqlı, kimin haqsız olduğunu öz gözləri ilə görsün” sualını vermədi.

Vəhşicəsinə işgəncələrə məruz qalaraq öldürülən hərbiçilərə bəraət verildikdən sonra da onlara “vətənə xəyanət etdiyinə” görə ən dəhşətli cəzalar istəyən tanınmışlar bu insanların yaxınlarından və daim aldatdıqları Azərbaycan xalqından üzr istəmədilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button