ArxivXəbər lentiXəbərlər

Keçmiş hərbçilər etiraz edir

Hərbçilər üçün Ceyhun Səlimov küçəsində tikilmiş binalarda yaşayan sakinlər həyətlərində aparılan tikintiyə etiraz edirlər. Əvvəllər uşaqların oyun meydançası və maşın parkı olan ərazidə “Casbak-Trade” MMC tikinti şirkəti 16 mərtəbəli bina tikir. Keçmiş hərbiçilər ərazinin Müdafiə Nazirliyinin balansında olduğunu və bu ili mart ayından başlanmış tikintinin qanunsuz həyata keçirildiyini deyirlər. Sakinlər deyir ki, meydançaya ilk traktorun gətirilməsindən 4 ay keçir.

O gündən bu günə müxtəlif dövlət qurumlarına müraciət etsələr də, binalarının 20 metrliyində başlayan inşaata mane ola bilməyiblər. Onların daimi istifadə etdiyi ehtiyat su anbarı da hasardan o yanda qalıb. Sakinlərin danışır ki, tikintini aparan şirkət – “Casbak-Trade” MMC – güləş üzrə Olimpiya çempionu Namiq Abdullayevə məxsusdur və rəhbərliyini qardaşına tapşırıb. Olimpiya çempionu Namiq Abdullayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində rəis vəzifəsini tutur. Yerli mediaya açıqlamasında, o, bizneslə məşğul olmadığını deyib.

2016-cı ildə qurulan şirkətin həmtəsisçisi olduğunu deyən qardaşı Natiq Abdullayev binanın qanunsuz tikilmədiyini, lazımi bütün sənədlərin əlində olduğunu söyləyib. Məsələ ilə bağlı Müdafiə Nazirliyinə göndərdiyimiz sorğu və Nəsimi Rayon İcra Hakimiyyətinə etdiyimiz zənglər cavabsız qalıb. Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

Həmin toplantıda ölkə başçısı qanunsuz tikililəri tənqid edərək deyib ki, bəzən dayanacaqların yerində, binaların arasında tikinti aparılır. Bu qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Şirkət binanı tikməkdə, sakinlər isə dövlət qurumlarına şikayət etməkdə davam edirlər. Onlar inanır ki, meydançaları bir gün özlərinə qayıdacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button