ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Vaxtında ailə qurmaq

Ailə qurmaq ən mühüm ilahi sünnələrdən hesab edilir. İzdivac, tam anlayış, ayıq-sayıqlıq və uyğun yaş həddində baş tutmalıdır. Cəmiyyətdə yaranan sapınma və laqeyidlik amillərindən biri də ailə qurmağın təxirə salınmasıdır. Vaxtında izdivac edənlər öz dinlərinin yarısını qorumuş olur və digər yarısını qorumaq üçün də təlaş etməlidir.

Həzrət Zəhra (ə) yeniyetmə yaşında həzrət Əli (ə) ilə ailə qurdu.

 

Ayə

“(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabiliyyətli) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”

(“Nur” surəsi, ayə 32)

 

Hədis

Allahın rəsulu (s) buyurub: “Bakirə qızlarınız ağacda olan meyvə kimidir. Meyvə yetişəndə onu dərməkdən başqa bir əlacı yoxdur, əks halda, günəş və külək onu xarab edəcək.”

(“Camiu-əhadisiş-şiə”, c. 2, səh. 9)

 

Ənənə

Yeniyetməlik illərinin əvvəlində olmasına baxmayaraq, Allahın rəsulu (s) hamıdan yaxşı bilirdi ki, Fatimə (ə) Əli (ə) üçün yaxşı həyat yoldaşı ola bilər.

Peyğəmbər (s) artıq evə çatmışdı. Həmişəki kimi Zəhrası (ə) qapını açdı. Atası qızının alnından öpdü. Zəhraya (ə) baxdı və dodaqlarına təbəssüm qondu.

– Qızım, bir mühüm mövzunu səninlə məsləhətləşmək istəyirəm.

– Buyurun, atacan!

– Əziz qızım! Sən Əlini yaxşı tanıyırsan, onun hamıdan əvvəl iman gətirməsini, fəzilət və təqvasını bilirsən. Əli ilə izdivac etməyə razısan?

Bir anlıq sükut hər yeri bürüdü; həyadan yaranmış sükut. Fatimə (ə) sakit qaldı və heç nə demədi. Peyğəmbər (s) təkbir dedi: – Allahu Əkbər! Fatimə razıdır. Onun sükutu razı olmasının əlamətidir.

(“Biharul-ənvar”, c. 43, səh. 127)

 

Hekayə

O, mənə elçi gələndə on dörd yaşım var idi. Rəftar və hərəkətləri bişmiş idi. Elə bu da atamın mənim onunla izdivac etməyimə razılıq verməsinə səbəb oldu. Mənim fikirləşdiyimdən də tez. Atam Hüseynə etimad göstərdi və onun yaşına çox həssas yanaşmadı.

Hüseynin şəhadətindən sonra anası deyirdi:

İzdivac barədə söz açmaq onun yaşına uyğun deyildi. Dedim tezdir. Amma dedi: – Peyğəmbər (s) buyurub: “İzdivac edin ki, imanınız kamil olsun.” Mən də imanımı kamilləşdirmək üçün izdivac etməliyəm.

Bu sözləri dediyi üçün onu on doqquz yaşında evləndirdik.

(Şəhid Hüseyn Zare Karizinin həyat yoldaşından bir xatirə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button