ArxivXəbər lentiXəbərlər

İmam Xomeyni İrsinin Təbliğat Mərkəzi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanıb

İran İslam İnqilabının banisi İmam Xomeyninin İrsinin Təbliğat Mərkəzi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanan memoranduma əsasən ECO-ya üzv olan ölkələrin kitabxanaları İmam Xomeyninin əsərləri ilə təmin ediləcək, onun həyat və fəaliyyətinə həsr olunmuş birgə elmi konfranslar keçiriləcək.

İmam Xomeyni İrsinin Təbliğat Mərkəzinin sədri, imamın nəvəsi Həsən Xomeyni imzalama mərasimindən sonra bildirib ki, ECO üzvü olan ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi vacib məsələdir. Bu təşkilata üzv olan dövlətlərin zəngin tarixi və mədəniyyətləri var. Qarşılıqlı dialoq xalqların yaxınlaşmasında əsas amildir. H.Xomeyni region ölkələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətindən və xalqlar arasında dialoq mühitinin təşviq edilməsinin mahiyyətindən danışıb.

Qeyd edək ki, ECO-da Azərbaycan da daxil olmaqla İran, Pakistan, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan iştirak edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button