ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında yeni gömrük əməkdaşlıqları

İranın Baş Gömrük İdarəsinin rəisi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri iki ölkə arasında gömrük əməkdaşlıqlarının sadələşdirilməsi üzrə razılığa gəliblər.

İRİB-nin verdiyi məlumata görə, İranın Baş Gömrük İdarəsinin rəisi Frud Əsgəri və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında gömrük əməkdaşlıqlarının genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə İranın Şərqi Azərbaycan vilayətində, Culfa şəhərində görüşüb, sığorta problemləri və Azərbaycandan avtomobillərin müvəqqəti olaraq İrana daxil olmasına şəraitin yaradılması kimi məsələləri müzakirə ediblər.

İki tərəf həmçinin, informasiyaların elektron mübadiləsi və gömrük protokol qaydalarının sadələşdirilməsi haqda fikir mübadiləsi aparıblar.

İranın Baş Gömrük İdarəsinin rəisi və Azərbacyan Dövlət Gömrük Komitəsinin sədri bu görüşdə mövcud problemləri araşdıraraq, gömrük qaydalarının sadələşdirilməsi üzrə təkliflər irəli sürüblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button