ArxivXəbər lentiXəbərlər

Ailədə məhəbbətin gətirdiyi nəticələr

Allah Təala bütün məxluqları və bəşəri məhəbbət və sevgi ilə xəlq etmişdir. Əgər dünyada sevgi olmazsa, günəşi olmayan bir dünyaya bənzəyər ki, orada daima zülmət hökm sürməkdədir.

Ailə dinimizin nəzərinə görə kiçik və müqəddəs bir cəmiyyətdir. Ona görə də bu kiçik cəmiyyətdə eşq və məhəbbət mühüm yerdə durur.

Məhəbbət ailədə səmimiyyətə və mehribanlığa səbəb olar.

Dünyada heç bir şey ailədə olan sevgi qədər mühüm deyildir. Bəs bu sevginin hansı bərəkətləri vardır?

1. Qadın, kişi və övladları arasında yaxşı rəftara səbəb olar.

2. Valideyn və övlad münasibətlərinə müsbət təsir qoyar.

3. Həm övladlar və həm də ata və ana bir-birinə ehtiram göstərər və hörmət edərlər.

4. Bir-birinə xoş münasibət sərgiləyərək, sevgi bağlarını möhkəm edərlər.

5. Bu ailədə yaşayan insanlar şad və xoşbəxtdirlər və ruhi cəhətdən sağlamdırlar.

6. Həyat yoldaşları bir-birinin ehtiyaclarını yaxşı başa düşürlər.

7. Qarşıya çıxan çətinlikləri həll etmək daha asan olur.

8. Qərar qəbul etmək, tədbir tökmək mexanizmi daha işlək olur.

9. Cəmiyyətin bir həlqəsi olaraq, möhkəm ailə çox mühüm möhkəmləndirici vəzifə icra edir.

/Deyerler.org/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button