ArxivXəbər lentiXəbərlər

Maksim Şevçenkodan Qarabağla bağlı erməniləri şoka salacaq açıqlamalar – Video

Rusiyalı politoloq Maksim Şevçenkonun Qarabağın işğalı barədə dediyi inanılmaz etirafları sizə təqdim edir.

“Yaxşı deyək ki, Qarabağ mübahisəli ərazidir, amma Füzuli, Laçın, Ağdam və digər rayonlar Azərbaycanın ərazisidir. Yeltsinin idarəçiliyi vaxtında Erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Lakin ermənilər iddia edir ki, bu bizim tarixi torpaqlarımızdır. Mən özüm də tez-tez bu iddialarla qarşılaşıram.. Gəlin bunları kənara qoyaq. Ermənilər işğal etdiləri torpaqlardan çıxmalıdırlar və Azərbaycanın milyondan artıq qaçqını  öz yurduna dönməlidir. Bundan sonra Bakı danışıqlar masasına gələrək Qarabağ problemini müzakirə etməlidir. Mənim mövqeyim bu barədə dəyişilməz qalır. Hətta ermənilərin də Azərbaycanda yüz illərlə yaşadığı yerlərə qayıdaraq köhnə münasibətlərdə yaşamasını istərdim. Eyni zamanda Ermənistandan qovulmuş minlərlə azərbaycanlının oralara qayıtmasının tərəfdarıyam. Bu bütün insanlar üçün faciədir. Elə buna görə mən ora getdim. Getdim ki, deyəm müharibə bu məsələnin həlli üçün ən pis çıxış yoludur. İstər Azərbaycan xalqı üçün, istər Erməni xalqı üçün pis bir qərardır. Hesab edirəm ki, işğal olunmuş torpaqlar şərtsiz tərk olunmalıdır.

Düşünürəm ki, Sərkisyan İlham Əliyevlə bu danışıqlara gedərdi və o rayonları azad edərdi.Ermənistanın Zaqafqaziyadakı mövqeyini yaxşılaşdırar və onu ticarət və digər sahələrdsə çətinliklərdən çıxardardı. Onu aradan götürdülər. Paşinyanın gəlişi ilə yenə müharibə çağırışları gündəmdədir. Mən Paşinyanın siyasətinin əleyhinəyəm.

Düşünürəm ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı və sülh prossesləri aktivləşdirilməlidir. Əminəm ki, Ermənistanın milli xəstəliyi ilə kor olmamış erməniləri məni bu sülh fikirlərimə görə dəstəkləyəcəklər. Mənim Füzuli rayonuna gedişim simvolik idi və Azərbaycanın və Ermənistanın qədim xalqına çağırış edirəm ki,  real sülh dialoquna girsinlər. Hətta bu sülh dialoqu müharibə ilə kəsilərsə belə (necə ki, Sərkisyanla Əliyevin sülh danışıqları Ermənistanda çevrilişlə nəticələndi) Azərbaycan əsgəri öz vətəninin azad etməyə hazırdır.

Çünki o əsgər bilir ki, vətəni işğaldadır. Mən buna Azərbaycanın  ordusunun mövqelərində olarkən bir daha əmin oldum. Mən orada-ermənilərin işğal etdikləri yerlərdə azərbaycanlılarının qəbirlərinin dağııdılması və sındırılmasının şahidi oldum. İndi sual edirəm ermənilərə:Sizin qəbirləri belə dağıtsaydılar… Gəlin əvvəl qəbirstanlıqları bərpa edək, sonra dirilərin həyatını yoluna qoyaq və Zaqafqaziya sülh məkanına çevrilsin, nəinki bu ərazi böyük dövlətlərin manipulyasiyasına məkan olsun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button