ArxivXəbər lentiXəbərlər

İran Azərbaycanda müalicə xidmətləri təqdim etməyə hazırdır

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri iranlı mütəxəssislərin Azərbaycan Respublikasında müalicə və diaqnoz xidmətləri verməyə hazır olduqlarını bildirib.

İSNA-nın məlumatına görə, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi cümə axşamı günü Azərbaycan Respublikası paytaxtı Bakıya daxil olduqdan sonra iki ölkə münasibətlərinin uzun keçmişə malik olduğunu bildirərək deyib: İki ölkə prezidentlərinin görüşündən sonra səhiyyə sahəsində birgə əməkdaşlıqların yüksəldilməsi üçün ciddi iradə vardır.

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri dərman preparatları, müalicə və xəstəliklərin diaqnozu sahələrində Tehran və Bakının əməkdaşlıqlarına münasibət bildirib və deyib: Azərbaycan Respublikasına səfər çərçivəsində yüksək səviyyəli rəsmilərlə əsasən səhiyyə və müalicə sektorunda ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi haqda fikir mübadiləsi aparılacaq.

Qazizadə Haşimi elə əvvəllərdən İran və Azərbaycan Respublikası arasında birgə siyasi və iqtisadi münasibətlərin mövcud olduğuna diqqət çəkərək deyib: Xoşbəxtlikdən iki ölkənin müxtəlif sahələrdə münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Azərbaycan Respublikası ilə səhiyyə sektorunda münasibətləri inkişaf etdirmək məqsədilə bu gün cümə axşamı günü bir heyətin müşayiəti ilə Bakıya səfər edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button