AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə türk dilinin ensiklopediyası hazırlanır

Türk dilinin ensiklopediyasının hazırlanması layihəsinin məsul şəxsi bu layihənin gedişi barədə açıqlama verib.

Qafqaz Mədəniyyət Mərkəzi – Bir il yarım bundan əvvəl Ərdəbil şəhəri mərkəz olmaqla ölkənin müxtəlif məntəqələrinin türk dili və ədəbiyyatı alimlərinin iştirakı ilə Azərbaycan türkcəsi sözlərinin ensiklopedik toplanması üzrə işə başlandı. Bu mövzu söz, ibarət və ümumiyyətlə bir xalqın dilinin qorunmasında lüğətnamələrin roluna diqqət etməklə, xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan türkcəsi  ensiklopediyasının hazırlanması layihəsinin məsulu layihənin məqsəd və banisi haqqında açıqlama verərək deyib: “Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amilinin göstərişi ilə 95-ci ilin isfənd ayından (2017, mart) bu layihə üzərində iş başlanmışdır. Ərdəbilin İslami İrşad və Mədəniyyət İdarəsi, Ensiklopediya Mərkəzi, Valilik İdarəsi bu layihəni dəstəklədilər.”

Əhəd Byute irqçi dairələr, türk ədəbiyyatı mütəxəssislərinin belə bir lüğətnamənin hazırlanması barədə iradları, habelə Ayətullah Amilinin şəxsən bu layihəyə daxil olmasının səbəbi haqda deyib: “Təbiidir ki, bir sıra şəxslər öz kimliyini qorumaq ardıncadır və bəziləri də hər bəhanə ilə siyasi məsələlər ardıncadır. Ayətullah Amilinin şəxsən özünün bu layihəyə daxil olması İslam Respublikasının kimliklə bağlı bu kimi işləri dəstəklədiyini göstərir. Bu, kimlik əndişəsində olan kəslərin mövqeidir. Bunun qarşısında siyasi əndişədə və bəhanə axtaranlar da vardır. Sözsüz ki, siyasi düşüncədə olanlar və bəhanə axtaranlar bu işlə müxalif olacaq, bu mövzunu onlara heç cür qəbul etdirmək olmayacaq.”

Mədəniyyət fəalı Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsinin bu layihəyə daxil olması barədə vurğulayıb: “Qeyd etmək lazımdır ki, bizim kimlik və dilimiz heç vəchlə İrandan silinə bilməz, onun mövcudluğu inkar etmək mümkün olmayan bir səviyyədə böyükdür. Ayətullah Amili belə bir lüğətnamənin indiyədək işlənməməsini gördüyü üçün bu mövzuya daxil olmuşdur. Bundan əvvəl də bəziləri heç bir siyasi məqsəd güdmədən belə bir ensiklopediyanın hazırlanması üçün işlər görə bilərdilər. Ayətullah Amili bu mövzuda boşluq hiss edərək, bu addımı atmışdır.”

Azərbaycan türkcəsi  ensiklopediyasının hazırlanması layihəsinin məsulu görülən işlər barədə də açıqlama verərək deyib ki, hal-hazırda işlər kitabxana mərhələsindədir və bu mərhələ başa çatmaq üzrədir. Mütəxəsssilər türkcə yazılmış kitablardan sözləri toplayırlar. 80 lüğət kitabı əsas mənbə kimi nəzərdə tutulub və indiyədək bu illərdə unudulmuş  238 min yeni söz toplanmışdır. Hər hərf üzrə bir dilçi alim məsul seçilmişdir. Kitabxana mərhələsi tamamlandıqdan sonra yeni mərhələ başlanacaq. Nəticə cildlənmiş kitab və elektron versiya formalarında istifadəyə veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button