ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Naməhrəmlə necə davramalı?

O cəmiyyət tərəqqi edə bilir ki, həmin cəmiyyətin fərdləri arasında ruhi və mənəvi rahatlıq hakim olsun. Bu məsələ cəmiyyətdə qadın və kişi arasında münasibətlərin islah olmasının gerçəkləşdiyi, İslam dininin naməhrəmlə münasibətə qoyduğu hədlərə əməl edildiyi zaman baş verə bilər.

Həzrət Zəhra (ə) bu məsələdə müsəlman qadınlar üçün ən yaxşı örnəkdir. Atası onu çöl işlərindən azad etdikdə həzrət Zəhra (ə) çox sevindi və Allaha həmd-səna etdi.

 

Ayə

“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.”

(“Əhzab” surəsi, ayə 59)

 

Hədis

Allahın rəsulu (s) buyurur: “Naməhrəm kişi və qadın xəlvətdə olduqda, onların yanındakı üçüncü şəxs şeytandır.”

(“Nəhcül-fəsahə”, hədis 478)

 

Ənənə

Peyğəmbərin (s) ətrafında toplaşmışdılar. Həzrət buyurdu: “Qadın üçün ən yaxşı əməl hansıdır?”

Məclisə sükut hakim oldu. Heç kəs Peyğəmbərin (s) sualına uyğun cavab verə bilmədi. Bir müddətdən sonra müsəlmanlar cavabı tapa bilmədən məclisdən dağılışdılar.

Fatimənin (ə) yanına gəlib, məsələni ona danışdım. Peyğəmbərin (s) qızı dedi:

– Səhabələrdən heç kim bu suala cavab verə bilmədi?

Dedim: – Xeyir, heç kim düzgün cavabı tapa bilmədi.

Dedi: – Qadın üçün xoşbəxtlik gətirən və faydalı olan ən yaxşı şey odur ki, heç bir naməhrəm kişini görməsin və heç bir naməhrəm kişi onu görməsin.

Fatimənin (ə) cavabını Allahın rəsuluna (s) çatdırdım. Həzrət buyurdu: “Bəli, qızım düz deyib. Doğrudan da Fatimə mənim canımdır.”

(“Əyanuş-şiə”, c. 1, səh. 322)

 

Hekayə

Qırxıncı Aşura ziyarətnaməsini oxudum. Birdən bir nur gördüm. Bu nur evlərin birindən saçırdı. Həmin evə tərəf yollandım. Evin qapısı açıq idi. İcazə alıb içəri daxil oldum. Gördüm, mövlam bir cənazənin yanında oturub, Quran oxuyur.

Məni görüb buyurdu: – Məhəmmədbaqir kimi axtarırsan?

Dedim: – Mənim ağam! Sənə qurban olum, Aşura ziyarətnaməsi çilləsi tutmuşdum ki, sənin görüşünə nail olum.

Buyurdu: – Məhəmmədbaqir! Əgər bu qadın kimi əməl etsəydin, özüm sənin yanına gələrdim.

Dedim: – Bu qadın kimdir?

İmam (əc) buyurdu: – Bu qadın hicabın qadağan olunduğu dövrdə yeddi il evdən qırağa çıxmadı ki, hicabını açmağa məcbur olmasın. Siz də belə olun (dininizi belə qoruyun).

(Mərhum Seyid Məhəmmədbaqir Sistanidən nəql olub)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button