ArxivNardaranXəbər lentiXəbərlər

Abbas Hüseyndən Tale Bağırzadəyə təbrik məktubu

20 il həbs cəzası alan “Nardaran məhbusu” Abbas Hüseynov Tale Bağırzadəyə təbrik məktubu yazıb. Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynov onunla eyni həbsxanada cəza çəkən ilahiyyatçını doğum günü münasibəti ilə təbrik edib. Rakurs TV-ə daxil olan təbrik məktubunu olduğu kimi təqdim edirik:
“Haqqı deməkdən qorxmayan, zalım qarşısında əyilməyən, qolları qandallı fatehə salam olsun!
Bu gün mübariz ilahiyyatçı-alim Tale Bağırzadənin doğum günüdür. Bu münasibətlə Hacını bütün qəlbimlə təbrik edirəm. Hacı can, Allah sənə elə bir əzəmət verib ki, səni həyatda görməyən insanlar belə səni sevirlər. Neçə belə hadisənin şahidiyəm, elə məhbuslar olub ki, haqqında eşidən zaman qürurla gözləri yaşarıb. Eyni kamerada olmasalar da, səninlə eyni yerdə olduqları üçün fəxr ediblər. Hacı can, ən qatı cinayətkar belə sənin haqqında eşidəndə sənin kimi ibadət etməyi arzulayıb. Çünki sən elə bir şəxsiyyətsən ki, xalqının dəyərləri, rifahı uğruna azadlığını fəda edib zindanları seçibsən. Həyatını xalqına həsr etdiyinə görə xalqın səni sevir və etimad göstərir.
Hacı, sən çıxışlarında həmişə insanları maraqlandıran məsələlərə toxunduğun üçün böyük rəğbətlə qarşılanıb və dinlənilibsən. Sən tövhid əhli olduğundan zülmün qarşısında susmayıb, batil cəbhəsi qarşısında geri çəkilməyibsən.
Hacı can, səni Ben Ladenlə, Bağdadiylə müqayisə edənlər özlərini gülünc vəziyyətə saldılar sadəcə. Ağılları və vicdanları olsaydı, dahi Məhəmməd Əmin Rəsulzadəylə, Şah İsmayıl Xətai ilə müqayisə edərdilər.
Hacı can, biz o insanlardan deyilik ki, zülm qarşısında geri çəkilib “get, mübarizə apar, qalib olsan, biz də gələrik” deyək. Allahın izniylə həbsimizdən əvvəl and içdiyimiz kimi, zülmə qarşı mübarizə aparacam, sonu əbədi zindan və şəhadət olsa belə haqqın, haqq olanın və sənin yanında olacam!
Sonda səni, səni sevənləri və ailəni mövludun münasibətiylə bir daha təbrik edir, sənə Allahdan uzun ömür, can sağlığı və şəhidlik arzulayıram. Mövludun mübarək,mənim əziz qardaşım!
Abbas Hüseyn
Qobustan həbsxanası”
İyunun 23-ü Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadənin doğum günündür. Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyatla həbs olunub. Məhkəmənin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
O və onunla birlikdə saxlanılanlar ittihamları rədd edir, cinayət işinin saxta olduğunu, saxlanılarkən və həbsdə ağır işgəncələrə məruz qaldıqlarını iddia edirlər. Bir sıra yerli və xarici hüquq müdafiə təşkilatları Tale Bağırzadəni siyasi məhbusu hesab edir.
rakurs.tv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button