ArxivXəbər lentiXəbərlər

Ermənistan müdafiə nazirinin müavini həbs olunub

Ermənistan parlamenti çərşənbə axşamı Qriqoryana qarşı cinayət təqibinə başlamağa icazə verib.

İrəvan məhkəməsi çərşənbə axşamı qanunsuz silah saxlamaq və başqasının əmlakını mənimsəməkdə ittiham olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin deputatı Manvel Qriqoryanı həbs edib.

qafqaz.ir  “Novosti”yə istinadən xəbər verir ki, o, iki ay müddətinə həbs olunub.

Qriqoryan şənbə günü Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıb.

MTX-nın mətbuat xidmətinin məlumatına görə, Qriqoryana məxsus binalarda aparılan axtarışlar zamanı on minlərlə patron, qumbara, partlayıcı maddə və atıcı silahlarla yanaşı, onlarla retro və müasir avtomobillərin olduğu maşın parkı, həmçinin üzərində “əsgərlər üçün” yazılmış ərzaq, gigiyena vasitələri, tibbi ləvazimatlar və hərbi forma aşkar edilib.

Ermənistan parlamenti çərşənbə axşamı Qriqoryana qarşı cinayət təqibinə başlamağa icazə verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button