ArxivNardaranXəbər lentiXəbərlər

Bir qrup “Nardaran məhbusu”nun yaxınları Mehriban Əliyevaya müraciət etdi

Bir qrup “Nardaran məhbusu”nun ailə üzvləri Mehriban Əliyevaya müraciət edib
2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilmiş əməliyyat zamanı həbs olunan bir qrup şəxsin yaxınları vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Müraciət əməliyyat zamanı yaralanaraq, hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyatovla bağlıdır. Məhbusların ailə üzvləri hazırda ev dustaqlığında olan Əbülfəz Bünyatovun həyatı üçün narahatdılar.
Media vasitəsi ilə edilən müraciətin sonunda onu imzalayan şəxslərin adları qeyd olunub. Rakurs TV-ə daxil olan müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Mehriban Əliyeva!
Bildiyiniz kimi Nardaran hadisəsi zamanı yaralanaraq hərəkət qabiliyyətini itirən, hazırda məhkəmə prosesi davam edən Nardaran sakini Əbülfəz Bünyatovun vəziyyəti ağırdır. Yataq xəstəsi olan Əbülfəz Bünyatovun daimi diqqət və qayğıya ehtiyacı var. Belə ki, o, ən minimum ehtiyaclarını belə ödəyə bilmir. Onunla bir yerdə qalan ailə üzvləri – yaşlı anası, yoldaşı və dörd kiçik yaşlı övladı isə ona lazimi diqqət və qayğını göstərə bilmirlər. Əbülfəz Bünyatovun həkim nəzarətinə, müayinə və müalicə almağa ehtiyacı var. Buna baxmayaraq, evinin qarşısında keşik çəkən polislər onun yanına heç kimi, ən yaxınlarını, hətta həkimini belə buraxmırlar. Aidiyyatı orqanlara edilən bütün müraciətlər isə cavabsız qalıb, problem həllini tapmayıb. Bu, bir insana, özü də Azərbaycan vətəndaşı və ağır vəziyyətdə olan bir insana qarşı edilən ən böyük haqsızlıq və zülmdür. 21-ci əsrdə, mədəni dünyanın bir parçası olduğu iddia edilən bir dövlətdə iflic, yataq xəstəsi olan, hərəkət qabiliyyətini itirmiş bir insanla bu cür davranılması insanlıq və dövlətimiz adına ləkədir.
Hörmətli Mehriban Əliyeva!
Əbülfəz Bünyatovun hazırda məhkəmə prosesi davam edir. Biz ona həbs cəzası verilə biləcəyindən narahatıq. Bu, ədalətsiz qərar olmaqla yanaşı, onun həyatına təhlükə yarada, hətta ölümünə belə səbəb ola bilər. Həmçinin hələ də Bünyatovlar ailəsinə qarşı fiziki və mənəvi təzyiqləri olunur. Nardaran məhbuslarının ailə üzvləri olaraq, sizdən istəyimiz budur ki, bu məsələyə müdaxilə edə və Əbülfəz Bünyatova qarşı edilən təzyiqlərin dayandırılması üçün yardımçı olasınız. Belə olan təqdirdə vəziyyətin yaxşıya doğru dəyişəcəyinə əminik. Sizin bu məsələyə biganə qalmayacağınıza ümid edirik.
Müraciəti aşağıdakı şəxslər edir:
1. Həcər Xudaverdiyeva – İbrahim Xudaverdiyevin həyat yoldaşı
2. Yeganə Ağabalayeva – Etibar İsmayılovun bacısı
3. Leyla Bünyatova – Əbülfəz Bünyatovun həyat yoldaşı
4. Mərhəmət Bünyatova – Nardaran əməliyyatında öldürülən Rəfael Bünyatovun həyat yoldaşı (Əbülfəz Bünyatovun bacısı)
5. Səidə Rzayeva – Sahil Rzalının anası
6. Zeynəb Nuruzadə – Əhsən Nuruzadənin anası
7. Şəhanə Həsənova – Ağaəli Yəhyayevin həyat yoldaşı
8. Elmira Əsgərova – Bəhruz Əsgərovun anası
9. Rəhimə Hüseynova – Abbas Hüseynovun anası
10. Zabil Əliyev – Ramil Əliyevin atasi
11. Sevinc Babayeva – Nardaran əməliyyatında öldürülən Əkbər Babayevin anası
12. Səlimə Hüseynova – Cabbar Cabbarovun anası
13. Natiqə Şahbazova – Əli Şahbazovun anası
14. Günel Axundova – Elgün Axundun həyat yoldaşı
15. Lətifə Ağayeva – Elman Agayevin həyat yoldaşı
16. Afət Qasımova – Elçin Qasımovun anasi
17. Xatimə Mikayılova – Zülfüqar Mikayılzadənin anası
18. Zülfüqar Qəhrəmanov – Nahid Qəhrəmanovun qardaşı
19. Vüsalə Muradova – Fərhad Muradovun həyat yoldaşı
20. Adil Abduləliyev – Şamil Abduləliyevin atası
21. Zəhra Babazadə – İsa İbrahimovun həyat yoldaşı”
Əbülfəz Bünyatov Nardaranda keçirilən əməliyyat zamanı aldığı xəsarətdən hərəkət qabiliyyətini itirib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Nardaranda onun evində olub və əməliyyat da həmin evdə keçirilib. Əbülfəz Bünyatov və Elxan İsgəndərovun məhkəməsi bir müddətdir başlayıb.
Əbülfəz Bünyatov Nardaranda yaşadığı evin qapısı önündə dayanan polislərin onun yanına heç kimi, hətta həkimini belə buraxmadıqlarını deyir. Bir müddət öncə bir sıra hüquq müdafiəçiləri yerli və be

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button