ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Nizam-intizama riayət

 

Aləm nizam-intizam əsasında yaranıb. Allahın insanların xoşbəxtliyi üçün göndərdiyi din və şəriət də xas bir nizam üzərindədir. İnsanlar öz fərdi və ictimai həyatlarında nizam-intizam və ədalətə riayət etməsələr, bu, suyun axarının əks istiqamətinə üzmək kimi olar.

İslam Peyğəmbərinin (s) qızının həyatını mütaliə etdikdə, onun öz həyatında nizam-intizama xüsusi əhəmiyyət verməsi aydın olur.

 

Ayə

“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (qədərincə) yaratdıq.”

(“Qəmər” surəsi, ayə 49)

 

Hədis

Əmirəlmöminin Əli (ə) Malik Əştərə xitab edərək buyurur:

“Hər günün işini həmin gün gör. Çünki hər günün özünə məxsus işi var.”

(“Nəhcül-bəlağə”, məktub 53)

 

Ənənə

Həzrət Fatimənin (ə) şəhadətindən sonra Fizzəni gördüm. Ondan soruşdum:

– Xanım, sən Fatimənin (ə) evində xidmətçi idin. Necə oldu ki, Quran hafizi oldun və dini məsələləri bu qədər yaxşı öyrəndin? Bu qədər fəzilətləri necə əldə etdin?

Bu sualdan onun siması dəyişdi. Aydın idi ki, keçmiş günləri xatırladı, həzrət Fatimənin (ə) şəhadəti yadına düşdü və çox təsirləndi. Uzun sükutdan sonra başını qaldırıb dedi:

– Ona xidmət etməkdən çox, mənə dindarlıq dərsi verdi. Elə tənzimləmişdi ki, bir gün özü ev işlərini yerinə yetirirdi, bir gün də mən.

(“Dəlailul-imamiyyə”, səh. 140)

 

Hekayə

Həmişə deyirdi: “Əgər biz səliqəli olsaq, sanitariya və gigiyena məsələlərinə tamamilə riayət etsək, yaralıların həm sağlamlığında, həm də əhval-ruhiyyəsində müsbət təsir qoyar.” Həmişə manto və məqnəsini yuyaraq ipin üstünə elə salırdı ki, heç bir qırışı qalmırdı. Quruduqdan sonra onu mütəkkə və döşəyinin altına sərirdi ki, tamamilə düzəlsin. Müharibənin o cür şiddətli bir vaxtında onun nizam-intizama və səliqəyə bu qədər diqqət etməsi çox heyrətli idi!

Deyirdim: – Bu şəraitdən əl çək! Nə qədər hövsələn var.

Deyirdi: – Səliqəsiz üst-başla getmək olmaz. Birdən elə fikirləşərlər ki, dindar uşaqlar səliqəsizdir.

(“Qadın şəhidlər abidəsi” jurnalı, say 27, Şəhid Məryəm Fərahaniyandan bir xatirə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button