ArxivIslamXəbər lentiXəbərlər

AİP lideri Mövsüm Səmədov Ramazan Bayramı münasibətilə xalqımızı təbrik edib

Bu gün vəkil Bəhruz Bayramovla Qobustan Qapalı Tipli həbsxanada məhbus həyatı yaşayan AİP lideri Mövsüm Səmədovla görüşüb

“İslaminSesi”nə açıqlama verən vəkil bildirib ki, Mövsüm Səmədovun səhhəti normal, ruhiyyəsi həmişə olduğu kimi yerindədir. Vəkil Hacı Mövsüm Səmədovun Ramazan Bayramı münasibətilə xalqımıza təbrikini çatdırıb. Təbrikdə deyilir:

“ Allahın rəhmət və məğfirət ayı Ramazan başa çatdı. Bu gün Fitr bayramıdır. Mübarək ayın başa çatması, müqəddəs bayram münasibətilə ilk növbədə Zamanın imamı (ə.ş)-i, Azərbaycan xalqını və bütün dünya Əhli-beyt (ə) aşiqlərini səmimi qəlbdən təbrik edirəm. Allah tutduğunuz orucu, etdiyiniz duaları, bu ayda ibadət və itaətlərinizi axirətiniz üçün əməl dəftərinizə yazmasını arzulayıram. Azərbaycan xalqı İslama, onun insanlıq üçün gələn bütün dəyərlərinə bağlı bir qövmdür. Məhz buna görə də zəif və kiçik maneələrə baxmayaraq ölkəmizdə müqəddəs dinimizə sevgi və məhəbbət güclənir, İslamın izzəti günü-gündən artır.

Hər bir ailəyə, hər bir evə bu mübarək bayram xatirinə Uca Yaradandan xeyir və bərəkət, səadət diləyirəm. Arzu edirəm ki, ölkəmizdə insanların, hər bir vətəndaşın haqqına hörmətlə yanaşılsın, haqsız olaraq həbsxanalarda təcrid həyatı yaşayan siyasi, əqidə məhbusları inşaAllah azadlığa, ailələrinə qovuşsunlar.

Bir daha xalqımızı əziz bayram münasibətilə təbrik edir, hər kəsə can sağlığı, bərəkətli ömür yolu, xoş axirət diləyirəm.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button