ArxivIslamXəbər lentiXəbərlər

Hacı Abgül Süleymanovdan xəbər var

2011-ci ildə həbs olan, ilahiyyatçı Hacı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi dəyişdirilir

2011-ci ildə həbs olan, ilahiyyatçı Hacı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi dəyişdirilir.

Bu haqda İslamazeri.com-a ilahiyyatçının özü məlumat verib. Məlumata görə, onun barəsində verilmiş ciddi rejimli cəzanın vaxtı bitib və o gücləndirilmiş ümumi rejimli Cəza Çəkmə Müəssisəsinə göndəriləcək.

İlahiyyatçı qarşıdan gələn Fitr bayramı münasibətilə də müsəlmanları təbrik edib. Təbrik müraciətində deyilir: “Allahın bəşərə ən üstün bəxşişlərindən biri də, Ramazan ayı və bu ayda oruc tutmaq səadətidir.Allah İslam Ümmətinə nemət qoyub. Çünki başqa ümmətlər Ramazanda oruc tutmazlar. Allahın bu böyük neməti müsəlmanlara məxsus edilmişdir. Öz doğmalarından ayrılıb narahat olan şəxslərin keçirdiyi hissdən artığını, Allahın ixlaslı bəndələri Ramazan ayının ayrıldığına görə həmin hissləri keçirirlər. Həqiqətən bu aydan ayrılmaq, böyük alim və ariflərin nəzərində çox çətindir.

Biz 1 ay bu ayla əlaqədə olduq. O bizi təmizlədi, Ona Salam Olsun!

Ramazan bizə təqvanı və ixlası öyrətdi; Ona Salam Olsun!

Bir ay nəfsimizi öldürüb, fitrətimizi oyatdı, Ona Salam Olsun!

Qarşıdan gələn Fitr – fitrət bayramı münasibətilə, Şərqdən Qərbə bütün müsəlmanları təbrik edir, oruc namazlarının qəbul olmasını Mütəal Allahdan diləyirəm.

Bu ayın mücahidlərinə salam olsun!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button