ArxivXəbər lentiXəbərlər

Azərbaycanın xarici borcları açıqlandı

Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.
Maliyyə Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 milyard dollar təşkil edib.
Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla, adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir.
Martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:
Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları – 6%;
ABŞ dolları – 81%;
Avro – 9,4%;
Yapon yeni – 2,5%;
Digər valyutalar – 1,1%.
Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.
Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 milyon dollar vəsait istifadə edilib. Aprelin 1-nə dövlətin daxili borcu isə 1 069,9 milyon manat təşkil edib.

www.oxu.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button