ArxivFatimi yaşayişXəbər lenti

Evdarlıq

İslamın baxışında ev işlərini görmək qadının vəzifəsi deyil. Ev işləri ilə məşğul olmaq qadın üçün bir fəzilət və şərafətdir. Qadın bu işləri heç bir zəhmət haqqı ummadan yerinə yetirərsə, Allahın yanında saysız-hesabsız savaba sahib olar. İslam dininin təlimlərindən belə nəticəyə gəlmək olur ki, evin daxili işlərinin idarə edilməsi qadının öhdəsinədir.

Həzrət Zəhranın (ə) evində xidmətçisi olmasına baxmayaraq ev işlərini və onların idarə olunmasını özü yerinə yetirirdi.

 

Ayə

“Evlərinizdə qərar tutun. İlkin cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)”

(“Əhzab” surəsi, ayə 33)

 

Hədis

Ümmü Sələmə Allahın Rəsulundan (s) soruşdu: Qadının ərinin evində işləməsinin hansı fəziləti vardır?

Həzrət buyurdu: “Qadın öz ərinin evində yaşayışın yaxşı olması üçün bir şeyi bir yerdən qaldırıb digər bir yerə qoysa, Allah ona rəhmət nəzərilə baxar və Allahın rəhmət baxışının əhatə etdiyi kəs Qiyamət günü əzab olunmaz.”

(“Biharul-ənvar”, c. 103, səh. 251)

 

Ənənə

Təzə ailə qurmuşdular. Allahın rəsulu (s) hər gün gəlib təzə ailənin vəziyyəti ilə maraqlanırdı. Çünki Fatimədən (ə) xəbər tutmadan Peyğəmbərin (s) gündüzü gecə olmurdu.

– Atacan! Allahın qadın və kişi barədə göstərişlərini bilmək istəyirəm.

– Qizım, ev işləri sənin öhdənədir, çöl işləri isə Əliyə (ə) aiddir.

Həzrət Zəhra (ə) Peyğəmbərin (s) bu bölgüsünə işarə edərək buyurur: “Allah bilir ki, bu bölgüdən mən nə qədər sevindim. Çünki Allah qadınları çöl işlərini yerinə yetirməkdən azad etmişdi.”

(“Biharul-ənvar”, c. 43, səh. 238)

 

Hekayə

O evdə olmadığı müddətdə heç bir işi görməyə həvəsim olmurdu. Amma evi onun xoşladığı kimi saxlamağa çalışırdım.

Çox vaxt da evə yorğun gəlirdi. Çünki əməliyyatdan birbaşa evə qayıdırdı. Cəbhədə ən yaxın dostlarının qanına qəltan olduğunu görürdü. Bununla belə, mənimlə və uşaqlarla çox yaxşı davranmağa səy edirdi. Evə çatan kimi bizim vəziyyətimizlə maraqlanır, bir çatışmamazlıq olub-olmadığını soruşurdu. Sonra qollarını çırmalayıb ev işlərində mənə kömək edirdi. Məni hətta paltarlarını yumağa qoymurdu. Deyirdi ki, mənim çirkli paltarlarım çox ağırdır, onları yumağa sənin gücün çatmaz.

O, məzuniyyətə gəldikdə çox sevinirdim. Amma bu sevincim çox çəkmirdi və o, yenə cəbhəyə qayıdırdı.

(“Şəhid sərdarların ailə vəziyyətləri” kitabından iqtibas-Sərdar şəhid Məhəmmədrza Dəstvarənin həyat yoldaşından bir xatirə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button