ArxivXəbər lentiXəbərlər

Bakıda Bynəlxalq nəqliyyat sərgisində iranlı gənclərin qabiliyyətləri nümayiş etdirilib

İyunun 11-də Bakıda 15 ölkə o sıradan da İran İslam Respublikasının iştirakı ilə XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi açılıb.

İRİB-in Bakıdan  verdiyi məlumata görə, sərgidə 85 daxili və xarici şirkətin dəmiryolu , şosse , hava ə dəniz nəqliyyatı sahəsindəki qabiliyyətlərinin kənarında iranlı gənclərin ağıllı şəhər sahəsində o cümlədən hündür qüllələrdə istifadə olunan kameraların endirilməsi və qaldırılması cihazının istehsalındakı yenilikləri nümayiş etdirilib.

Paya Tədbir Pakan şirkətinin icraçı direktoru Vəhidrza Sepehri bu sərgidə iştirakda məqsədin şirkət  tərəfindən hazırlanan bu cihazı nümayiş etdirmək olduğunu deyib və bildirib ki, bu cihaz sadəcə Amerikada istehsal olunub və onun İran nümunəsi tamamiylə fərqlidir.

Sepehri cihazın Amerika nümunəsinin 12 min İran nümunəsinin isə 6 min dollar olduğunu bildirərək deyib: Qiymət fərqindən əlavə İran istehsalı olan nümunə bütün mövcud qüllələrdə istifadə qabiliyyətinə malikdir həm də onu oğurlamaqda xüsusi qabiliyyətlərinə görə qeyri-mümkündür halbuki amerikan nümunədə bu qabiliyyətlər yoxdur.

Sepehri deyib: Bu cihazla şəhər miqyasında qüllələr ucunda yerləşdirilmiş kameraların təmizlənməsi, saxlanılması işləri rahatlıqla mümkün olur.

Cihazın layihə rəhbəri Əlirza Səfər Yəzdi isə deyib: Cihazın bütün detalları iranlı mütəxəssis gənclər tərəfindən planlaşdırılaraq istehsal edilib.

İranlı gənclərin geniş miqyasda istehsal mərhələsinə çatdırdıqları bu cihaz  Bakı sərgisində xüsusi diqqət çəkib.

3 gün davam edəcək Bakı sərgisində nəqliyyat sahəsində komputerə ehtiyac olmadan qanun pozuntularının qeydə alınması, sürətin müəyyənləşdirilməsi və zolağın dəyişməsinə nəzarət sistemi də təqdim olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button