Jun 08, 2018 admin Aktual, Aktual, Arxiv, Xəbər lenti, Xəbərlər 0
Bu gün Azərbaycan İslam Partiyasının bir qrup üzvü Beynəlxalq Qüds günü ilə əlaqədar Bakıdakı İsrail səfirliyi qarşısında aksiya keçirib. İştirakçılar ABŞ və İsrailin Qüdslə bağlı işğalçı siyasətinə etiraz ediblər.
FaktXəbər-in verdiyi məlumata görə, aksiya zamanı saxlanılan 26 nəfərin hamısı hazırda azadlığa buraxılıb.
***
15:45 – Azərbaycan İslam Partiyasının bir qrup üzvü Beynəlxalq Qüds günü ilə əlaqədar Bakıdakı İsrail səfirliyi qarşısında aksiya keçirib. FaktXəbər-in verdiyi məlumata görə, aksiyada iştirak edən inanclılar ABŞ və İsrailin Qüdslə bağlı işğalçı siyasətinə etiraz ediblər.
Nümayişçilər “Məhv olsun ABŞ və İsrail”, “Qüds müsəlmanların ilk qibləgahıdır”, “Qarabağa və Qüdsə azadlıq” və başqa şüarlar səsləndiriblər.
Hüquq-mühafizə orqanları aksiya iştirakçılarından 26 nəfəri saxlayıb. Onlar Yasamal rayonu 27-ci polis bölməsinə aparılıblar.
Sonda Azərbaycan İslam Partiyasının İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz piketinin Qətnaməsi oxunub. Qətnamədə deyilir:
“Biz piket iştirakçıları qədim Fələstin torpağında yaratdığınız qondarma İsrail dövlətinin müsəlman ərəb xalqına qarşı apardığı soyqırım siyasətini qətiyyətlə rədd edirik. Qəzza bölgəsində 70-dən çox insanın-qoca, qadın, körpə bilmədən cəllad xislətli əsgərləriniz tərəfindən qətliam edilməsini, minlərlə insanın ağır yaralanmasını bəşəri cinayətin bariz nümunəsi hesab edir, müqəddəs Qüds şəhərindən əllərinizi çəkməyinizi tələb edirik.
Dünyada apardığınız istismar və qəsbkarlıq siyasətinizlə Yaxın Şərqi, tarixən sülh və əminamanlıq torpağı sayılan Qüdsü qan gölünə döndərmisiz. Əliyalın insanların dinc etirazlarına dözməyən sionist rəhbərləriniz məzlum fələstinliləri gülləbaran etmək üçün qaniçən əsgərlərə verdikləri yaylım atəşi əmri gec-tez zalım xuntanın sonunu yaxınlaşdıracaq. Zülm və məşəqqət nümunəsinin daşıyıcısı olan sionizm ideologiyası eyni zamanda dinc yəhudi xalqını da cana doydurmuşdur. Bir-birini əvəz edən hakim dairələrin əsiri olan yəhudi xalqı cinayətkar dəstənin qurbanına çevrilmişdir. Tövratı saxtalaşdıran bu ideologiya dünyanın imperialist qüvvələrinin təsiri və himayəsi sayəsdində eyni zamanda qədim Fələstin torpaqlarının tarixini də saxtalaşdırmağa cəhdlər göstərir, bu xalqın fundamental dəyərlərini ayaqlar altına atır.
Biz aksiya iştirakçıları hesab edirik ki, işğalçı bir rejimin rəsmi nümayəndələri işğala məruz qalan bir dövlətin, xalqın, müsəlman ümmətinin dostu ola bilməz. Sionist əlaltılarının müqəddəs müsəlman məmləkətlərində diplomatik fəaliyyət göstərməyə mənəvi haqqı yoxdur. Biz müsəlmanların ilk qibləsi, səmavi dinlərarası sülh şəhəri Qüdsün ABŞ tərəfindən israilin paytaxtı kimi qəbul etməsini tarixin ən böyük səhvi, ciddi fəlakətlərin səbəbi və başlanğıcı hesab edirik. Tarixdə “biz”dən “mən”ə tənəzzül edən İsrailin sionist rəhbərləri 20-ci əsrin ortalarından başlayaraq Fələstin xalqına dəhşətli və böyk fəlakətlər yaşadır, bu xalqın tarixi torpaqlarını qəsb etməkdə davam edir.
Biz uzaqgörən nəzərlərlə müəyyənləşən unudulmaz Beynəlxalq Qüds Günü təqviminin sionist İsrail qondarma dövlətinin qəsbkarlıq anlamında olan bütün siyasətinin qarşısının alınması üçün müsəlmanların mübarizə bayrağına çevriləcəyinə inanırıq. Sülhsevər bəşəriyyəti, müsəlman dövlətlərinin liderlərini, dünyanın tərəqqipərvər xalqlarını, o cümlədən həzrət Musa ümmətini sionist İsrail rəhbərlərinə və onların zülmünə baş əyənlərə qarşı mübarizəyə, yer üzünü bu bəladan xilas etməyə çağırırıq.
Hesab edirik ki,bütün dünyada zülmə qarşı etirazı özündə ehtiva edən bu tarixi gündə zalımlara nifrət hissi alovlanmaqdadır. Rəhm və mərhəmətdən uzaq olan qəsbkar rejimlərin istismarçı fəaliyyəti artıq İslam vəhdətini keçilməz, zülmdən qurtuluş üçün əvəzlənməz bir zərurətə çevirmişdir. İşğalçı siniflərə himayədarlıq edən güc mərkəzləri-bəzi Qərb dairələri, başda ABŞ olmaqla yeni müstəmləkəçilik, istismarçılıq, müsəlman xalqlarına qarşı əsarət niyyətlərini reallaşdırmaqla sionizmdən diqqəti yayındırmağa çalışırlar. İraqın, Əfqanıstanın, Liviyanın, Suriyanın, o cümlədən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın, digər müsəlman torpaqlarının hərbi təcavüzə məruz qalması, müqəddəs torpaqların istismarçı dövlətlərin qəsbkar ordu qüvvələrinin nəzarətində saxlanması Beynəlxalq Qüds Gününün böyük əhəmiyyətinə, İslamın və müsəlman dünyasının taleyində mühüm önəm kəsb etməsinə diqqətlə yanaşmağı tələb edir.
Sözsüz ki, İslam vəhdəti ilə, zülmün, istismarın, işğalın və qəsbkarlığın qarşısında birgə dayanmaqla həmin mərkəzlərin niyyətlərini puç etmək mümkündür. Biz bütün dünya müsəlmanlarını öz ölkələrinin istismarçı dövlətlər tərəfindən, başda sionist İsrail reyimi olmaqla silah satışı bazarına çevirməsinə yol verməməyə çağırırıq. Onların məqsədi müsəlmanların rifahı və xoşbəxtliyinin təminatı deyil, bizləri qarşı-qarşıya qoyaraq məhv etməkdir. Bununla onlar dünyaya nəzarəti ələ keçirmək, mənəviyyatımızı aradan aparmaq, malik olduğumuz maddi sərvətlərimizi ələ keçirmək istəyindədirlər. Biz bu ədalətsizliyə yol verməz, cinayətkarları cəzasız qoymarıq.”
Dec 09, 2018 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi...Feb 16, 2019 0
AİP qanlı terror aktını kəskin pislədi Azərbaycan...Feb 16, 2019 0
22 Bəhmən yürüşündə İranın inqilabçı xalqı...Feb 16, 2019 0
Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus...Feb 15, 2019 0
Ailəsi Tale Bağırzadə ilə görüşüb, Hacı aclığı...Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi...Feb 12, 2019 0
Video Project 1zxxcFeb 12, 2019 0
Bismillahir-Rəhmanir-Rəhim Şərafətli, azad insanların...Jan 11, 2019 0
Yanvarın 11-də “Qarabağın Azadlığı Uğrunda...Nov 11, 2018 0
İmam Səccad (ə) kimdir? * – Diktatura mühitində...Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi Xomeyni) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr...Feb 16, 2019 0
AİP qanlı terror aktını kəskin pislədi Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətindən redaksiyamıza daxil olan bəyanatda deyilir: “İran İslam Respublikasının cənub şərqində yerləşən Sistan...Feb 16, 2019 0
22 Bəhmən yürüşündə İranın inqilabçı xalqı Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik nümayiş etdirməklə yanaşı, həbsxanalarda məhbuslara qarşı insanlığa sığmayan...Feb 15, 2019 0
Ailəsi Tale Bağırzadə ilə görüşüb, Hacı aclığı davam etdirdiyini bildirib. Leyla İsmayılzadə Azadlıq Radiosuna danışır ki, fevralın 12-də günortadan sonra həyat yoldaşıyla görüşə bilib....Jun 26, 2018 0
Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi iyunun 28-də Bakıda təqdim olunacaq. Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın...Apr 23, 2017 0
Azərbaycan Respublikasında fars dilini öyrənənlər Bakıda bir konfrans keçirərək, tanınmış iranlı şair Sədi ilə bağlı günü qeyd ediblər. IRIB xəbər verir: Bu konfransda İranın Bakıdakı...Apr 23, 2017 0
Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır. Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon...Apr 17, 2017 0
Son illərdə məişət zorakılığının müxtəlif cinayət əməllərinin törədilməsi ilə nəticələndiyinin şahid oluruq. Məişət zorakılığı özünü öldürmə, özünü öldürmə həddinə...Feb 16, 2019 0
Azərbaycan artıq illərdir ki, ən çox siyasi məhbusu olan ölkələr sırasındadır. Hər il azadlığa çıxanların yerini yeniləri əvəz etdiyindən, say da, demək olar ki, dəyişmir. Lakin son zamanlar bir...Nov 16, 2016 0
Müsavat Partiyasının başqanı Arif Hacılının müsahibəsini təqdim edirik: -Köklü müxalifət partiyalarının birgə proyektləri artıq tarixin arxivinə gömülüb desək, yanılmarıq. Mən əsasən AXCP...Oct 09, 2016 0
“Məhərrəm ayı İslam dinində haram sayılan 4 aydan biridir. Yəni bu ayda müharibə etmək haram buyrulub. Lakin İmam Hüseyn (ə) dönəmində vəziyyət o yerə çatmışdır ki, Yezid kimi zalım bir...Sep 26, 2016 0
Milli Şuranın sədri Cəmil Həsənli səsvermə ilə bağlı ilkin təəssüratlarını AzadlıqRadiosu ilə bölüşüb. – Bizdə olan məlumata görə, Azərbaycan xalqı kütləvi şəkildə referenduma...