ArxivNardaranXəbər lentiXəbərlər

Əbülfəz Bünyadova II məktub: “Sən bizlərin baş tacısan izzətisən…”-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Bu gün ömrünün 41-ci ilini yataqda qarşılayan Nardaran məhbusu Əbülfəz Bünyadova daha bir məktub ünvanlanıb. Məktubun müəllifi inanclı gəncimiz, qələm əhli Elvin Mürvətoğludur.

“Sən bizlərin baş tacısan izzətisən…”

“HACI ƏBÜLFƏZ

Canlı şəhid salam olsun daim sənə

Kömək olsun Hz İmam Qaim sənə

De neyləyə bilər axı zalim sənə

Ey qeyrətli qardaşım Hacı Əbülfəz

Sən evini səngər etdin meydan etdin

Sən zülümə haqsızlığa üsyan etdin

Sən cismini ALLAH üçün qurban etdin

Ey qeyrətli qardaşım Hacı Əbülfəz

Biz səndəki səbr imanın heyranı

Ruhlandırır hər bir kəlamın insanı

Bu ruhiyyən narahat etdi duşmanı

Ey qeyrətli qardaşım Hacı Əbülfəz

Sən bu halda təvəkkül etdin Allaha

Ləbbeyk dedin Kərbəlada başsız şaha

Min can ola qurban verərsən bir daha

Ey qeyrətli qardaşım Hacı Əbülfəz

Sən Hacı Tale qardaşı difa etdin

Çün əhdinə sadiq oldun vəfa etdin

Sən Hüseynin şüarını nida etdin

Ey qeyrətli qardaşım Hacı Əbülfəz

Sən indiki cəmiyyətin ibrətisən

Sən gələcək nəsillərin söhbətisən

Sən bizlərin baş tacısan izzətisən

Ey qeyrətli qardaşım Hacı Əbülfəz

Biz qalibik bilsin bunu cümlə cahan

Səndə ağa bu cümləni etdin bəyan

ALLAH şəfa versin sənə tez bir zaman

Ey qeyrətli qardaşım Hacı Əbülfəz

Elvin Mürvətoğlu

2018-31 may.”

YADDAŞ

Heç bir günahı olmadan güllələnərək əlil edilən Əbülfəz Bünyadovun hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir. Onu məhkəməyə xərəkdə gətirirlər. Bu günümüzün Yusifidir Əbülfəz Bünyadov. Onu evinin içində quyuya salıblar, heç bir doğmasını yanına buraxmırlar.

2015-ci ilin 26 noyabrında baş verən Nardaran olayları zamanı Əbülfəz Bünyadov ağır yaralanıb. Onurğasına girən güllə onu əlil etdi. Ə.Bünyadovun vəziyyəti ağır olduğundan 1 il 1 ay həbsdə saxlandıqdan sonra buraxılaraq polis nəzarətinə verilib. Onun və Nardaran hadisələrindən sonra axtarışa verilib, bir il əvvəl həbs olunan Elxan İsgəndərovun məhkəməsi 2017-ci ilin avqustunda başlayıb. O, Təcili Tibbi Yardımla məhkəməyə gətirilib-aparılır.

Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluğa cəhd), 228 (qanunsuz silah-sursat saxlama), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə ittiham olunur. E.İsgəndərova da qəsdən adam öldürmədən başqa digər ittihamlar verilib. Lakin onların heç biri özünü təqsirli bilmir.

Qeyd edək ki, bu gün, məhz ad günündə də Əbülfəz Bünyadovun Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button