ArxivXəbər lentiXəbərlər

Cəbhəçilərə verilən ittihamlar bəlli oldu

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoyun barəsində cinayət işi açılıb. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə ittiham olunurlar. Bu barədə Baş Prokurorluq və DİN-in birgə açıqlamasında qeyd olunub.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Nərimanov rayon təşkilatının şöbə sədri Babək Həsənli və partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirli mayın 25-də saxlanılıb.
Saleh Rüstəmov isə mayın 8-də külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Mayın 10-da elə həmin ittihamla onun qardaşı oğlu Vidadi həbs olunub.
Maraqlıdır ki, DİN və Baş Prokurorluğun açıqlamasında narkotik ittihamından söz edilmir. Məlumatda qeyd olunub ki, “Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb”.
Dövlət orqanlarının açıqlamasında saxlanılanların əməllərini etiraf etdiyi bildirilir: “İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb”.
Məlumatda o da bildirilir ki, istintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.
AXCP sədri Əli Kərimli isə həbsləri partiyaya olan təzyiqlər kimi qiymətləndirib.
Saxlanılan Saleh Rüstəmov 1992-93-cü illərdə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olub.
Rakurs TV

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button