ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Övladın mənəvi tərbiyəsi

İslam qadının övlad tərbiyəsindəki roluna çox yüksək baxmış, onu övladın təkcə cismi qoruyucusu deyil, həm də ruhunu qidalandıran bir varlıq kimi görmüşdür. Müasir dövrümüzdə analar övladın yalnız cismi sağlamlığına diqqət yetirir, onun mənəvi tərbiyəsi qarşısındakı vəzifələrini unudurlar. Halbuki, düzgün mənəvi və ruhi tərbiyə ilə gələcək cəmiyyətə təzminat verə bilər.
Həzrət Zəhra (ə) övladı ata-anaya tapşırılmış Allah əmanəti görür və valideynin bu ilahi əmanətlər qarşısında məsuliyyət daşıdığını düşünürdü.
Ayə
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.”
(“Təhrim” surəsi, ayə 6)
Hədis
Həzrət Zəhra (ə) buyurub: “Qadın öz evində qalıb həyatının işləri və övladlarının tərbiyə ilə məşğul olduğu vaxt, Allaha daha yaxındır.”
(“Biharul-ənvar”, c. 43, səh. 92)
Ənənə
O gün ev işlərini görmək mənim öhdəmə idi. Yemək hazırlamalı idim. Həsən (ə) və Hüseyn (ə) bir-birilə yazı yazmaqda yarışırdılar. Mən də bu iki sevimli övladın yarışına tamaşa edirdim. Bir azdan onların hər biri öz yazısının daha yaxşı olmasını deməyə başladı. Mən onların hərəkətlərinə gülürdüm.
Onlar analarının yanına gedib dedilər:
-Ana, bizim hansımızın yazı xətti daha gözəldir? Ana onların hər ikisinin yazısına baxıb dedi:
– Hər ikinizin yazı xətti gözəldir.
Sonra həzrət Fatimə (ə) öz boyunbağısını açdı və onun dənələrini yerə töküb dedi: – Hər biriniz yerdən daha çox boyunbağı dənəsi toplasa, yarışın qalibi odur.
Həzrət övladlarının istedadlarının müqayisə olunmasını istəmirdi. Bu, həzrət Fatimənin (ə) tərbiyədə diqqət yetirdiyi bir məsələ idi.
(“Biharul-ənvar”, c. 43, səh. 309)
Hekayə
– Xanım! Cavan bir qadın sizinlə görüşmək istəyir.
– Eybi yoxdur qızım, deyin gəlsin.
– Salam.
– Aleykum salam. Buyurun.
– Doğrusu, övladımın tərbiyəsinə görə narahatam. Həyat yoldaşım dedi ki, oğlumuzun tərbiyəsi ilə bağlı sizdən kömək alım. Siz Şeyx Əhməd (Müqəddəs Ərbəbili) kimi bir övlad yetişdirə bilmisiniz. Mütləq bizə də yol göstərə bilərsiniz.
– Qızım! Mən Əhməd barədə beş haqqa riayət etdim: heç vaxt şübhəli tikə yemədim; dəstəmaz almamış Əhmədə süd vermədim; tərbiyəsində təlaş etdim; onun təmizliyinə diqqət etdim; böyüdükdən sonra yaxşı uşaqlarla yoldaşlıq etdirdim.
(“Alimlərin təvəllüdü və vəfatı”, səh. 71)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button