ArxivXəbər lentiXəbərlər

Hicab məhbusu David Kərimov azadlığa çıxdı – Foto

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Həmçinin 16 saylı cəzaçəkmə müəssisəsindən 5 əcnəbi də azadlığa çıxıb. Bunlar Kamerun Respublikasının vətəndaşı Hongla Samuel, Türkiyə Respublikasının vətəndaşları – Mərt Küçük, Bayram Akyel, Əfqanıstan İslam Respublikasının vətəndaşı Sediqi Khvaja Shekib və Banqladeş Xalq Respublikasının vətəndaşı Uddin Mohammad Baharundur.
Bundan başqa, Nardaran hadisələrinə görə həbs edilən Hilal Cannarov, Əliağa Qasımov, Ələkbər Qurbanov və “hicab aksiyası”nda həbs olunan David Kərimov da azadlığa buraxılıb.
Faktxeber.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button