ArxivIslamXəbər lentiXəbərlər

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

Qələm Yazarlar Birliyinin və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.

Qələm Yazarlar Birliyinin və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.

 Tədbirdə əsasən Respublika Günü ərəfəsində imzalanacaq əfv sərəncamı ilə bağlı gözləntilər müzakirə olunub.

 İslaminSesi xəbər verir ki, Tədbir Qurani Kərimin tilavət olunması ilə başlayıb.

 Ardınca tədbiri Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl açıb.  O, öncəliklə tədbirə təşrif buyuran qonaqlara təşəkkür edib. Qurban Cəbrayıl bildirib ki, müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi  varisidir.  Cümhuriyyət yaradıcıları isə milli və dini kimliyimizə bağlı şəxslər olub.  Lakin təəssüflər olsun ki, bu gün milli və dini kimliyimizi qorumağa çalışan, dəyərlərimizi yaşadan inanclı insanlar əsassız, qondarma ittihamlarla həbsdə yatırlar. O, Cümhuriyyətin 100 illiyi ərəfəsində imzalanacaq əfv sərəncamının inanclı siyasi məhbuslara da şamil ediləcəyinə ümidvar olduğunu dilə gətirib.

 Ardınca tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyev mövzu ilə bağlı maraqlı mətləblərə toxunub. O, bildirib ki,  cəmiyyətin ziyalıları, öndə olan şəxsiyyətləri layiqli qiymətini almayıbsa, bu cür cəmiyyətlər tarixən məğlubiyyətə düçar olub. Cəmiyyətin əqidəsini, fikir və düşüncəsini işıqlandıran insanlar öndə olmalıdırlar ki, cəmiyyət də inkişaf edə bilsin. AİP-in sədr əvəzi əlavə edib ki, Azərbaycanda  bugünki vəziyyət deyilənlərin tam əksinə cərəyan edir. Çünki cəmiyyətin rifahını , səadətini təmin edən ziyalı şəxsləri azadlıqdan məhrum ediliblər.

 Hacı İlham Əliyev qeyd edib ki, cəmiyyətin xoşbəxtliyinin açarı , din xadimlərimizin azadlıqlarının təmin olunmasındadır.  Çünki onlar İslamı düzgün mənimsəyiblər. Bu cür şəxslərin yeri həbsxana yox, cəmiyyətin arasındadır.

 Daha sonra tədbirdə söz alan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Cümhuriyyətin yaranma zərurətindən danışıb. O, bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bütün məhrumiyyətlərə ona görə dözdülər ki, təmsil etdikləri millət  özgürlüyü, rifahın nə olduğunu dada bilsin.

 Amma 100 ildən sonra müstəqil Azərbaycana nəzər saldıqda torpaqlarımızın işğal altında olduğunu, cəmiyyətin sosial rifahının aşağı səviyyədə olduğunu, cəmiyyətin sağlam olması üçün mübarizə aparan inanclı insanların şərlənərək həbs edildiyini görürük. Əslində isə cəmiyyətin hər bir fərdi özünü bu dövlətin sahibi kimi hiss etməli və ölkə üçün müəyyən işlər görməlidir.

 Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxışında qeyd edib ki, hakimiyyət xalqın mübarizə ruhunu, mücadilə immunitetini məhv etməyə çalışır. Cəmiyyətdə baş verən hadisələr əxlaq və mənəviyyat dəyərləri ilə ziddiyyət təşkil edir. Biz bunu televiziyalarda, Kütləvi İnformasiya Vasitələrində görürük. Bütün bunların səbəbi isə bizim cəmiyyətimizin birləşməməsi və etiraz səsini ucaltmamasıdır.

 Tədbirdə söz alan AİP funksioneri, politoloq Akif Heydərli çıxışını  Azərbaycan İslam Partiyasının lideri , ilahiyyatçı alim Hacı Mövsüm Səmədovun həbsi üzərində qurub. O, bildirib ki, müxalif cəbhədə olan siyasi partiya liderinin borcu , hakimiyyətin çatışmazlıqlarını cəmiyyətə çatdırmaqdır. Hacı Mövsüm Səmədov da öz üzərinə düşən bu vəzifəni icra etdi. Amma görünən odur ki, bu çıxışlar hakimiyyətin maraqlarına xidmət etmədiyi üçün doktor Səmədov həbs olundu.

 Eyni zamanda digər inanclı məhbuslar da haqq sözü deyərək həbs ediliblər.  Akif Heydərli əlavə edib ki, daxildəki fitnə-fəsadlar, xarici təzyiqlər artıb. Lakin hakimiyyət bu təzyiqlərə yan çevirməklə qanunsuz həbs edilənləri azadlığa buraxmalıdır. Bu addım mübarək Ramazan ayında savab əməl hesab olunar. Bu savabdan qaçmaq isə sadəcə ağılsızlıqdır.

Tədbirdə digər çıxış edənlər də, mövzu ətrafında fikirlərini səsləndiriblər. Günahsız yerə həbs olunan siyasi məhbusların əfv olunmasının vacibliyini dilə gətiriblər.

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button