ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Zinət və bəzənmək

Zinət və bəzənmək

Qadın həyat yoldaşının gözündə cəlbedici və gözəl görünməyə çalışmalıdır ki, ərini şeytanın vəsvəsələrindən qoruya bilsin və ev onun üçün ən yaxşı sığınacaq yeri olsun.

Ona görə də İslam dini qadının öz həyat yoldaşı qarşısında zinət və bəzənməsinə xüsusi əhəmiyyət verir.

 

Ayə

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər… zinətlərini ərlərindən… başqa heç kəsə göstərməsinlər.”

(“Nur” surəsi, ayə 31)

 

 

Hədis

Allahın rəsulu (s) buyurub: “Qadınlar ən yaxşı ətirlərdən istifadə etsinlər, ən gözəl geyimlərini geyinsinlər, özlərini ən yaxşı şəkildə bəzəyərək gecə-gündüz ərlərinə göstərsinlər.”

(“Kafi”, c. 5, səh. 158, hədis 7)

 

Ənənə

– Fatiməcan! Yaxşı ətirlərin varmı?

– Bəli, Ümmü Sələmə!

– Olar, gətirəsən baxam? Atan buyurub ki, toy axşamı gözəl qoxulu ətirlərdən istifadə edək.

Ümmü Sələmə deyir: Həzrət Fatimə (ə) gedib bir şüşə ətir gətirdi və ondan bir az mənim əlimə tökdü. Onun o qədər gözəl qoxusu var idi ki, ömrümdə elə gözəl ətir iyi burnuma dəyməmişdi.

Dedim: – Bu gözəl ətiri necə əldə etmisən?

Buyurdu: – Bu müşk ətirdir. Atamın evində Cəbrailin qanadlarından töküldü və mən onları yığdım.

(“Nəhcül-həyat”, səh. 170)

 

Hekayə

Böyük məclislər və mühüm toy mərasimləri üçün qiymətli daş-qaşlarla toxunub-bəzədilmiş köynəyini ərinə verdi ki, onu Bəlxin kasıb əhalisi tərəfindən vergi əvəzinə xəlifəyə çatdırsın. Xəlifə köynəyi gördükdən sonra əhvalatı bildi. Ona görə də hakimin həyat yoldaşının himmətini alqışlayaraq, həm Bəlx əhalisini vergidən azad etdi, həm də köynəyi onun özünə qaytardı. Hakim Bəlxə qayıtdı. Xəlifənin qaytardığı qiymətli köynəyi həyat yoldaşına verdi.

O mömin qadın dedi: – Xəlifə bu köynəyi gördümü?

Əri dedi: – Bəli.

Qadın dedi: – Naməhrəmin gözü toxunduğu libası geyinməyi xoşlamıram.

Sonra qadın həmin köynəyi satdırıb, onun pulu ilə məscid tikdirdi.

(“İmam Səccadın hüquq risaləsinin şərhindən iqtibas”, Şərhi Nəraqi, səh. 150)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button