ArxivXəbər lentiXəbərlər

İran və Avrasiya üstün ticarət razılaşmasını imzalayıb

İranın Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə üstün ticarət razılaşması İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədarinin iştirakı ilə Qazaxıstan paytaxtı Astana şəhərində imzalanıb.

İRNA-nın məlumatına görə, Avrasiya İqtisadi Komissiya heyətinin rəhbəri Tiqran Sarkisyan bu razılaşmadan dərhal sonra tərəflərin idxal gömrük rüsumlarının ödənilməsində qənaət edə biləcəklərini bildirərək deyib: Bu ticarət sazişinin yekun razılaşmasında idxal məhsulları, gömrük rüsumlarının azaldılması və ya ləğv olunması üzrə bir sıra imkanlar nəzərdə tutulub.

Sarkisyan əlavə edib: Bu razılaşmaya əsasən İranın idxal etdiyi sənaye məhsullarına görə rüsumu orta hesabla 7%, birliyə üzv ölkələr üçün isə 3,5%, İranın kənd təsərrüfatı məhsulları üçün 19%, Avrasiya İqtisadi İttifaqı üçün 5% azalacaq.

Avrasiya İqtisadi Komissiya heyətinin rəhbəri həmçinin əlavə edib: İran bir sıra qida məhsulları, göyərtilər, meyvələr, quru meyvələr, tikinti materialları üçün taarif imkanlarından faydalanacaq.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari çərşənbə gecə İran, Avrasiya Perspektivi iclası, eləcə də Astana Beynəlxalq Forumunda iştirak etmək üçün Qazaxıstan paytaxtına səfər edib.

Bu iclasın kənarında İranın Avrasiya İqtisadi İttifaqı ilə üstün ticarət razılaşması birliyə üzv ölkələrin baş nazirlərin müavinləri və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari tərəfindən imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button