Arxiv

Sərkisyan istefa verdiyi zaman anası öldü

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın anası onun vəzifəsini tərk etdiyi gün dünyasını dəyişib.
qafqaz.ir Axar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin NCN telekanalının canlı efirində anasının ölümü ilə bağlı Serj Sərkisyana başsağlığı verib.
“Mən Ermənistanın keçmiş baş naziri Serj Sərkisyana anasının ölümü ilə bağlı dərin hüznlə başsağlığı vermək istərdim. Mənə məlum olduğu qədəri ilə bu da onun istefa qərarının səbəblərindən biridir”, – Zatulin bildirib.
Qeyd edək ki, Sərkisyanın anası Nora Sərkisyan illik profilaktik müalicə kursu üçün “Nairi” tibb mərkəzində olub. O, xalqın narazılığını nəzərə alaraq, oğlunun baş nazir vəzifəsinə namizədliyini irəli sürmək ideyasını dəstəkləməyib.
Ötən gün axşam saatlarında Nora Sərkisyanın vəziyyətinin pisləşdiyi xəbəri yayılmışdı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button