ArxivXəbər lentiXəbərlər

SEPAH rəhbərinin müavini İsraili lərzəyə gətirən bəyanat verdi

SEPAH rəsmisi İsrailə: “Həqiqətən də istənilən müharibə sionist rejiminin məhv olması ilə nəticələnəcək”.

“Truth NGO” xəbər verir ki, bu gün Tehranda keçirilən Cümə namazı xütbələrindən əvvəl xalq qarşısında çıxış edən İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbərinin müavini general-mayor Hüseyn Səlami işğalçı sionist rejimini hədələyərək deyib:

“Sionistlərə müraciət edərək deyirəm, sizi yaxşı tanıyırıq. Siz həddən artıq zəifsiz, sizin nə bünövrəniz və nə də kökünüz var. Siz, bizim bircə “Beytülmüqəddəs əməliyyatı” həddindəsiniz. İşğal etdiyiniz torpaqların hər nöqtəsi şimaldan və qərbdən açılan atəşlərin kəsişmə nöqtəsidir. Bu yeni bir şeydir. Sizin qaçmağa heç bir yeriniz yoxdur və əjdahanın ağında yaşayırsız.

Qulaq asın! Hər hansı bir müharibə baş verərsə, əmin olun ki, sizin məhvinizlə nəticələcək. Ən kiçik hədəfimiz sizin mövcudluğunuzur. Bundan kiçik hədəfimiz yoxdur. Sizin əhaliniz və əsgərləriniz qaçan zaman, domino effekti ilə yıxılmaqda olan işğal etdiyiniz torpaqların əldən getməsini müşahidə etməyə taqətiniz olmayacaq.

Sizin dənizə tökülməkdən başqa yolunuz yoxdur. Hərbi-Hava qüvvələrinizin bazalarına güvənməyin, onlar əlimizin altındadırlar və tez bir zamanda sıradan çıxacaqlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button