AktualAktualArxivXəbər lentiXəbərlər

Təbrizdə “Azərbaycanın İslamçı Məhbusları ilə Həmrəylik Günü” münasibətilə mərasim keçirildi

“Azərbaycanın İslamçı Məhbusları ilə Həmrəylik Günü” münasibətilə mərasim 12 apreldə Təbrizin vilayətçi və inqilabçı əhalisinin iştirakı ilə məğrib və işa namazlarından sonra Məqsudiyyə prospektində yerləşən Meydan məscidində keçirildi.

Qafqaz mədəniyyət mərkəzi– İmam Musa Kazimin (ə) şəhadət gecəsi ilə eyni zamanda 12 apreldə cümə axşamı günü Azərbaycan Respublikasının İslamçı Məhbusları ilə Həmrəylik Günü qeyd olundu. Mərasim Adsız Şəhidlər və Sarəllahın Varisləri ictimai-dini heyətlərin təşəbbüsü və Təbrizin inqilabçı və vilayətçi əhalisinin iştirakı ilə keçirildi.Təbrizin Meydan məscidində baş tutan həmrəylik mərasimində Əhli-beyt (ə) şairi Məşhuri Azərbaycan Respublikasının İslam hərəkatının mübarizləri, islamçı məhbusları və Nardaran şəhidləri barədə gözəl şer oxudu.Mərasimin davamında tanınmış xətib höccətül-islam vəl-müslimin Bərgi xütbə oxudu. Xətib İmam Musa Kazimin (ə) həyatından, ona qarşı həyata keçirilən zülmlərdən, İmamın (ə) zülmkar hökumətlər qarşısında sükut etməməsindən danışdı.Höccətül-islam Bərgi xütbəsinin davamında Azərbaycan Respublikasında dindarlara qarşı repressiyadan və islamçı məhbuslardan söz açaraq dedi: “Azərbaycan Respublikası İslamın bir hissəsidir. Bu ölkə dünyanın ikinci şiə ölkəsi sayılır. Azərbaycan əhalisinin 97 faizi müsəlmandırvə bunun 83 faizi on iki imamçı şiədir. Azərbaycan şiələri tarix boyu İmam Əliyə (ə) və İmam Hüseynə (ə) sevgi bəsləyiblər. Hətta rus çarlığı və komminist hökuməti zamanı da Əhli-beytə (ə)sevgilərini sinələrində qoruyub saxlayıblar.Belə bir ölkədə hakimiyyət başında olan hökumət ermənilərin bayramı (milad bayramı) münasibətilə bir həftə tətil edir, amma Aşura gününü tətil etmir. Bu ölkədə hökumət “ya Hüseyn” deməyi və əzadarlığı qadağan edir, amma homoseksualların parad keçirməsinə icazə verir, yaxud pozğunluğu tərvic edən konsert təşkil edir.”Xətib çıxışının digər hissəsində Azərbaycan Respublikasının həbsdə olan sədri Mövsüm Səmədov və digər məhbuslar barədə danışaraq dedi: “Mövsüm Səmədov Qum Elmi Hövzəsində 5 il təhsil almışdır və Azərbaycanda əsassız ittihamlarla zindana düşmüşdür. O, məhz anti-din siyasətlər qarşısında dayandığı və hicabı müdafiə etdiyi üçün həbs edilmişdir. Yaxud məşhur ruhani Sərdar Həsənli cümə namazı təşkil etdiyi üçün zindana salınmışdır. Bu gün 180 nəfər islamçı məhbus İslam və Quranı müdafiə etdiklərinə görə Azərbaycan Respublikasının zindanlarındadır və onların hamısı təhsil almış şəxslərdir.”Höccətül-islam vəl-müslimin Bərgi çıxışının sonunda xatırlatdı: “İran xalqı İmam Əli (ə) məktəbinin davamçısıdır. Bu məktəbin davamçıları müsəlmanlara və Azərbaycan şiələrinə qarşı olunan zülmlərə qarşı təfavütsüz ola bilməzlər.”

Cənab Bərgi təkid etdi: “Müsəlmanları zindana salan və Ərbəin günlərində onları şəhid edən kəslər cavab verməlidir.”Mərasimin sonunda Əhli-beyt (ə) məddahları Məqsud Purradi, Böyük Asayiş, Mehdi Xadimi Azəriyan, Əhməd Balayi şer və mərsiyyələr oxudular.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button