ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi 2” üzrə təqsirləndirilənlər hansı həbsxanalara göndərildi?

Şərti olaraq “Nardaran işi 2” adlanan məhkəmə prosesi üzrə təqsirləndirilən şəxslərin hansı həbsxanalarda cəza çəkəcəyi məlum olub.

Qafqaz.ir-Belə ki, martın 28-də Bakı Apellyasiya məhkəməsi təqsirləndirilənlər barədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Aprelin 14-ü təqsirləndirilənlər Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisələrinə göndərilib.

Rakurs TV-nin məlumatına görə, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanlı və Seymur Aslanov 7 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. Məhkəmənin hökmü ilə Elçin Qasımov 15 il, Nahid Qəhrəmanlı 13 il, Seymur Aslanov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İlahiyyatçı Fərhad Muradov, Elgün Axundov və Seyfəddin Şirvanov isə cəzalarını 11 saylı Cəza Çəkmə Müəssisəsində çəkəcəklər. Fərhad Muradov və Elgün Axundova 12 il 6 ay, Seyfəddin Şirvanova isə 12 il 3 ay həbs cəzası verilib.

Hərəkatın digər üzvləri – Ramin Əliyev, Vüsal Alışov və İsa İbrahimov 15 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. Ramin Əliyev 14 il, Vüsal Alışov və İsa İbrahimov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hərəkatın digər üzvləri – Ağa-Əli Yəhyayev, Əmirəli Əliyev və Əli Şahbazov isə 1 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. Ağa-Əli Yəhyayevə 15 il, Əmirəli Əliyev və Əli Şahbazova isə 12 il 3 ay həbs cəzası verilib.

2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button