AktualAktualArxivXəbər lentiXəbərlər

Höccətül-islam Nuri: Azərbaycanın islamçı məhbuslarının günahı ya Hüseyn və ya Zəhra demələridir

Ərdəbildə Azərbaycan Respublikasının İslamçı Məhbusları ilə Həmrəylik Günü münasibətilə möhtəşəm mərasim keçirilib.

Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə vilayətçi və hüseynçi əhalinin iştirakı ilə Azərbaycan Respublikasının İslamçı Məhbusları ilə Həmrəylik Günü münasibətilə möhtəşəm mərasim keçirilib.

Mərasimin xətibi höccətül-islam vəl-müslimin Hüseyn Nuri çıxış edərək deyib: “Məzlumu müdafiə etmək üçün açıq danışmaq lazımdır.”

Azərbaycan Respublikası əhalisinin çoxunun şiə olmasına işarə edən xətib deyib ki, bu ölkənin əhalisi şiə olduğu, Əhli-beyti (ə) müdafiə etdiyi, ya Hüseyn (ə), ya Zəhra (ə) dediyi üçün zindana salınır.

İmam Musa Kazimin (ə) şəhadət gecəsi ilə eyni vaxta keçirilən bu mərasimdə xətib İmam Kazimin (ə) həyatı və davranışlarından söz açaraq deyib: “İmam Musa ibn Cəfər (ə) bizim iftixarımızdır və o həzrətin bizim boynumuzda böyük haqqı vardır. İmamın (ə) dörd övladı: Əli ibn Musar-Rza (ə), Fatimə Məsumə (ə), Əhməd ibn Musa (ə) və Həmzə ibn Musa (ə), habelə nəvələri bizim ölkəmizdə dəfn olunmuşdur.

İmam Kazim (ə) elə bir şəxsiyyət idi ki, düşmən də onu mədh etmiş, tərifləmişdir. Bu gün Azərbaycan Respublikasının İslamçı Məhbusları ilə Həmrəylik Günü adlanmışdır. Ona görə də əvvəl dost və düşmənin mədh etdiyi şəxsiyyət olan İmam Musa ibn Cəfər (ə) haqqında danışmaq, onun şəxsiyyətini uca tutmaq lazımdır. Harun ər-Rəşid ilk dəfə Məscidul-həramda İmamla (ə) görüşdü. Harundan Peyğəmbərin övladı barədə nə fikirdə olduğunu soruşdular. Dedi: – Bu nəsil Məscidul-həramdan törəyiblər. O elə bir şəxsiyyətdir ki, onun barəsində çox sözlər demək olar.”

Abbasi xəlifələri tərəfindən İmam Kazimə (ə) qarşı olunan zülmlərə işarə edən xətib deyib: “Azərbaycan Respublikasının zindanlarında məhbus olan dindarlar İmam Kazim (ə) kimi Allah-Allah, Hüseyn-Hüseyn deyə-deyə səhəri açırlar və o həzrəti özlərinə örnək qərar verirlər.

Biz bu günləri İmam Musa ibn Cəfərin (ə) şəhadətindən məzlumu müdafiə etmək dərsini öyrənirik.”

Höccətül-islam vəl-müslimin Nuri İmam Hüseynin (ə) ömrünün son anlarında oğlu İmam Səccada (ə) vəsiyyətinə işarə edərək deyib: “İmam Hüseyn (ə) qolunu İmam Səccadın (ə) boynuna salaraq dedi: “Oğlum, Allahdan başqa bir kəsi olmayan kəsə zülm etməkdən çəkin.”

İmam Əli (ə) da öz övladlarına vəsiyyətində buyurdu: “Zalıma düşmən, məzluma dəstək olun.”

Quranın göstərişinə əsasən, hər bir müsəlmana vacibdir ki, dünyanın hər hansı bir yerində ondan kömək istəsələr, onu dəstəkləsin.”

Xətib əlavə edib: “Bu gün biz İmam Hüseyndən (ə) və Əli ibn Əbu Talibdən (ə) aldığımız dərs əsasında müxtəlif ölkələrdə zülmə məruz qalmış insanları, o cümlədən Nigeriyada Şeyx Zəkzakini, Hindistan, Pakistan və Bəhreyn şiələrini və əhalisinin əksəriyyəti şiə olan qonşu ölkəmizin şiələrini müdafiə edirik.

Bu günləri şəhadətini qeyd etdiyimiz İmam Musa Kazimin (ə) də tövsiyəsi məzlumları himayə etmək idi.”

Höccətül-islam Nuri dövlət məsullarından gileylənərək deyib: “İngiltərənin, yaxud Fransanın xarici işlər naziri bir casusu zindandan xilas etmək üçün İrana gəlir. Bizim dövlət məsullarımız Şeyx Zəkzakini müdafiə etməyi özlərinə vəzifə bilmirmi? Prezidentimiz 11 dəfə Azərbaycan Respublikasına səfər edib. Nə vaxta kimi məzlumlar müdafiə olunmayacaq? Bu məsələləri dövlət məsullarına xatırlatdıqda deyirlər ki, biz Azərbaycanla münasibətlərimizi korlamaq istəmirik. Amma İngiltərə bir casusu azad etmək üçün dünyanı bir-birinə qatır.

Azərbaycan Respublikasının islamçı məhbuslarının günahı ya Hüseyn (ə), ya Zəhra (ə), ya Əli (ə) və ya Əbəlfəz (ə) demələridir. Bu məhbuslar İmam Zaman (ə) ağanın əsgərləridir.”

Bir gün səsinin islamçı məhbuslara və onların ailələrinə çatmasını arzulayan xətib deyib: “Əba Abdullah Hüseyn (ə) övladlarından ayrıldığı ömrünün son anlarında bir neçə gözəl mətləbi xatırlatdı. Həzrət buyurdu: “Mənim övladlarım, bilin ki, Allah sizin hamayəçinizdir və sizi qoruyur. Allah sizi bu çətinlikdən xilas edəcək və aqibətiniz xeyirli olacaq.”

Allahın iradəsi ilə Azərbaycan Respublikasının islamçı məhbusları nicat tapacaqlar.”

Səddam, Hüsnü Mübarək və Qəzzafi kimi zalım hökumətlərin aqibətinə işarə edən xətib deyib: “Xalqa zülm edən bütün hökumətlərin aqibəti onların aqibəti kimi olacaq.

Amma bunun qarşısında İmama (r) diqqət edin. O, xalq arasında necə də hörmətli idi. Ölkəyə daxil olanda və ondan sonrakı vaxtlarda xalq onu çox əzəmətlə qarşılayırdı.”

Höccətül-islam Nuri çıxışının davamında deyib: “İnqilabın sözü bu idi ki, İmam buyurdu: “Dünyanın hər hansı yerində bir məzlum olsa, biz onu müdafiə etməliyik.” İmamın (r) yolunun ardıcılı olduğunu deyənlər haradadır? İmamın (r) adından faydalanırlar və öz həyatlarını davam etdirirlər. Bu günləri İmamın (r) yolu, məzlumu müdafiə etməkdir.

Üstəlik, bəzən etiraz edirlər da edir və deyirlər ki, siz bizim siyasətlərimizi korlayırsınız. Onlara deyirik: Sizin siyasətlərinizin irəli getməsi üçün nə qədər şiə qurban getməlidir? Şiəni və məzlumu himayə etməyən siyasət, nə siyasətdir?

İnşallah, dövlət məsullarımız İmamın (r) təfəkküründən dərs alaraq məzlumu müdafiə etmək yolunda heç nədən çəkinməyəcəklər.”

Mərasimin sonunda Əhli-beyt (ə) məddahı Abdullah Dadaşi və Ərdəbilin tanınmış şairi Məsud Yəhyəvi İmam Musa Kazim (ə) və Azərbaycan Respublikasının islamçı məhbusları haqqında şerlər oxuyublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button