ArxivIslamXəbər lentiXəbərlər

İmam Musa Kazimin (ə) şəhadəti – İslamçı Məhbusların Həmrəylik Günü

Bu gün Müqəddəs Qum şəhərində İmam Sadiq (ə) adına məsciddə İmam Musa Kazimin (ə) şəhadət ildönümü münasibətilə mərasim keçirilib. Azərbaycanlı tələbələr hər il olduğu kimi bu il də İmam Kazimin (ə) şəhadətini, eləcə də İslamçı Məhbusların Həmrəylik Günü kimi qeyd edib. Mərasimdə çıxış edən höccətül-islam Sayvər İmam Musa Kazimin (ə) zalım xəlifələrin zindanlarında çəkdiyi məşəqqətlərdən danışıb. Mərasimdə çıxış edən digər ruhani tələbələr də İmamım (ə) həyatından və zalım xəlifənin zindanında çəkdiyi müsibətlərdən söz açıblar. Eləcə də müasir dövrümüzdə İmam Musa Kazimin (ə) davamçılarının təqib və təzyiqlərə məruz qaldıqlarını qeyd ediblər. Xətiblər Azərbaycan Respublikasında ruhani və dindarların saxta ittihamlarla şərlənib zindana salınmalarından və hətta zindanda da rahat buraxılmamalarından danışıblar. Eləcə də, zalım rejimin İslamçı Məhbusların ailələrini də rahat buraxmadıqlarını qeyd ediblər. Çıxışlardan sonra əzadarlıq olub, şəhidlərin ruhuna, məhbuslara dualar oxunub və sonda ehsan paylanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button