AktualAktualArxivIslamXəbər lentiXəbərlər

“Azərbaycan Respublikasında islamçı məhbusların hamısı İsrail və Amerika məhbuslarıdır” – Ayətullah Amili

Həzrət Ayətullah Amili deyib: “Azərbaycan Respublikasında islamçı məhbusların hamısı İsrail və Amerika məhbuslarıdır. Onlar islamçılara qarşı çıxmaq üçün Azərbaycan dövlətinə ən şiddətli təzyiqlər edirlər.”

Qafqaz mədəniyyət mərkəzi- Həzrət Ayətullah Amili cümə namazının xütbələrində İmam Musa ibn Cəfərin (ə) şəhadəti ildönümünə və bu günün “İslamçı Məhbuslarla Həmrəylik Günü” adlanmasına işarə edərək deyib: “İmam Musa ibn Cəfərin (ə) şəhadət gününün islamçı məhbuslar günü adlanmasının səbəbi odur ki, həzrət Musa ibn Cəfərin (ə) şərəfli ömrünün çox hissəsi zindanda keçdi.”

Müsəlman ölkələrində sekular islam deyil, xalis Məhəmməd (s) İslamından danışan kəslər əsassız bəhanələrlə həbs olunur və zindana salınır. Azərbaycan Respublikasında da alimlər və böyük şəxsiyyətlər zindana salınıb. Azərbaycanda islamçı məhbusların hamısı İsrail və Amerika məhbuslarıdır. Biz onları Azərbaycan Respublikasının məhbusları saymırıq. Onlar sionist rejim və Amerikanın məhbuslarıdır.

Amerika və sionist rejim Azərbaycana şiddətli təzyiqlər edirlər ki, dövlət islamçılara qarşı hərəkət etsin. Əgər dövlət bu işdən boyun qaçırsa, onu insan hüquqları ilə təhdid edirlər və Azərbaycan Respublikasını Amerika vətəndaşları üçün ən qorxulu ölkə kimi tanıdırlar. Biz onlardan soruşuruq: Azərbaycanda indiyə kimi hansı amerikalı qətlə yetirilib, ya hətta təhdid olunub? Bu hərəkətlər islamçıları sıxışdırmaq üçündür. İndiyə kimi BMT-də Qarabağın işğalı ilə bağlı Azərbaycanın xeyrinə və Ermənistanın əleyhinə 4 qətnamə qəbul edilib. Amma Amerika bu qətnamələrin icrasına mane olur və bu məsələdən Azərbaycan dövlətinə təzyiq göstərmək üçün istifadə edir. Hətta bundan da yuxarı addım atılmışdır və həbs edilənlərdən bəziləri sionist rejim müstəntiqləri tərəfindən sorğu-suala tutulmuş və işgəncə olunmuşdur.”

Ayətullah Amili əlavə edib: “Amerika və sionist rejimin bizim yaxınlığımızda belə bir nüfuza sahib olması və cövlan etməsi bizim üçün çox çətindir.”

Xətib sonda islamçı məhbuslar barədə dua edərək deyib: “Biz Mənnan Allahdan istəyirik ki, Öz xüsusi inayəti ilə bu əzizlərin azad olunması üçün şərait yaratsın.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button