ArxivQadin və hicabXəbər lentiXəbərlər

GÜRCÜSTANDA `AİLƏ İNSTİTUTU VƏ DİNİ DƏYƏRLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB -FOTO

Ötən gün Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində “Ailə institutu və dini dəyərlər” mövzusunda konfrans təşkil olunub.
qafqaz.ir Maide.Az istinad  xəbər gore, Müsəlman Qadınlar İcması və Həzrət Zeynəb (s.ə) adına cəmiyyətin təşkilatçılığı ilə keçirilən konfransda  rayonun müxtəlif yerlərindən xanımlar iştirak edib.
Qurani-Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan Rəhimə Qurbanova öncə bu günə təsadüf edən Həzrət Zeynəbin (s.ə) vəfatı ilə bağlı başsağlığı verib bu mövzuda keçirilən silsilə konfransların əhəmiyyətindən danışdı. Sonra Xanım Zeynəbin (s.ə) həyatından bəhs edən qısa video çarx nümayiş olundu.
Konfrans açıq elan olunduqdan sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İİR-nın Təbriz şəhərindəki Tibb Üniversitetinin mədəniyyət və ailə məsələləri üzrə eksperti xanım Zəhra Kuhi , İcmanın üzvləri olan din müəllimələri Rəna Elçiyeva və Aişən Ziyadəliyeva çıxış etdilər.
Çıxış edənlər Ailə institununun formalaşmasında və qorunub saxlanılmasında dini dəyərlərin rolu, Ailə problemləri, ailədaxili ziddiyyətlərin səbəbi, xöşbəxt ailənin sirləri və valideyn övlad münasibətləri haqda ətraflı danışdılar.
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button