ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran məhbusu intihar edibmi?

Nardaran olayları zamanı şərlənərək həbs edilən Müsəlman Birliyi Hərəkatının üzvü Sahil Rzalının zindanda intihar etmək istədiyini bildiriblər.

Bu barədə vetenugrunda.az-a Müsəlman Birliyi Hərəkatından xəbər veriblər.

Hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Sahil Rzalının dəhşətli işgəncələrə məruz qaldığını və karsa salındığını eşidən atası Xalid Rzayev bunun səbəbini soruşduqda ona deyiblər ki Sahil Rzalı hökumət əleyhinə çağırışlar edir:

“Rəis Sahilin Müsəlman Birliyi Hərkatının sədri Tale Bağırzadənin 26 Noyabr Kolaisiyası ilə bağlı etdiyi çağırışa, mətbuatdakı yazılarına və türmədə etdiyi çıxışlarına görə karsa salındığını bildirdi. Pentensiar Xidmətdə mənə dedilər ki, Sahil intihara cəhd edib”.

Yaxınları Sahil Rzalının hazırda sağ olub olmadığı haqqında məlumat əldə etmək istəsələr də buna nail ola bilməyiblər. Adiyyatlı orqanlar Sahilin karsda olduğunu desələr də yaxınları bu xəbərə şübhə ilə yanaşırlar.

Sahil Rzalının atası sabah Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görşəcəyini bildirib.

Qeyd edək ki, “Müsəlman Birliyi” Hərəkatının üzvi olan Sahil Rzayev “Sabunçu olayları”na görə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

Sahill Rzali adlı şəxsin şəkli.

Sahil Rzalı

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, azadlıqdan məhrum edib.

Mayın 8-i Bakı Apelyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.

Xatıprladaq ki, 2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar, o cümlədən Sahil Rzalı Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Onların bəziləri iğtişaşlarda günahlandırılaraq həbs edilib.

Sabunçu olayları bir növ Nardaran olaylarının başlanğıcı sayılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button